Bu gün:

"Coca Cola"-nın rəqibi "Pepsi" haqqında 7 maraqlı fakt


"Coca Cola" və "Pepsi" zərərli olduqlarını bilsək də, ləzzətlə içdiyimiz içkilər arasındadır. Bu iki marka təxminən 120 ildir rəqabətdədir. "Coca Cola" 1886-cı ildə, "Pepsi" isə bundan 12 il sonra bazara çıxarılıb. 

1. "Pepsi" 1893-cü ildə Caleb Bradham tərəfindən icad edilib. O, içkisinin formulunu Şimali Kaliforniyada işlədiyi bir aptekdə tapıb. İçki su, şəkər, limon yağı, karamel, muskat qozu və hələ də gizlədilən bir neçə sadə təbii inqrediyentlərin qarışığından ibarət idi. İlk əvvəl "həzm pozğunluğuna yaxşı təsir edir" adı altında satdığı üçün "dispepsiya" sözünü istifadə etməyə başladı. Daha sonra qısa şəkildə "Pepsi" adını istifadə etdi. Rəqibi bazarda kütləvi şəkildə yayıldıqda sonuna “Cola” sözünü əlavə etməyi məqsədəuyğun hesab etdi.

2. Pepsi fərq yaratmaq üçün "Crystal Pepsi" adlı açıq rəngli kola istehsal etməyə qərar verdi. Onun istehsalına 40 milyon dollar xərclənildi. Məhsul 1992-ci ilin aprelində geniş bir bölgədə satışa çıxarıldı. Onun ən böyük rəqibi altı ay sonra "Tab Clear" adlı rəngsiz kola ilə qarşılıq verdi. Amma bu məhsul, həqiqətən, pis idi. "Pepsi"-nin qarşısını almaq üçün qəsdən pis məhsulun bazara çıxarıldığı və imicinə zərər verməmək üçün "Tab Clear" markasından istifadə edildiyi iddia olundu. Həqiqətən də, bu məhsul içkinin satışını aşağı saldı.

3. Pensilvaniya Universiteti "Pepsi"-nin marketinq tarixini öyrənib. Məlum olub ki, Pepsi 1940-cı illərdə korporativ dünyanın qapılarını qaradərililərin üzünə açıb. Şirkətin o zamankı prezidenti Ualter Mak cəsarətli bir addım ataraq Herman T. Smit adlı qaradərili şəxsi işə götürüb. Bu həmlədə əsas məqsəd digər qrupların da dəstəyini qazanmaq idi. 1947-ci ildə Mak bu dəfə afro- amerikalıları əhatə edən bir reklam kampaniyasına başladı və Pepsi Amerikanın korporativ həyatında yeni bir səhifə aça bildi.

4. Amerikalı aktrisa Coan Kraufordun əri Alfred Stili Pepsi şirkətinin direktorlar şurasının sədri olub. O, 1959-cu ildə ürək tutmasından vəfat edib. Kraufordun şirkətin direktorlar şurasına daxil olmaq qərarına gəlir. Onun vəzifəsi ölümündən dörd il əvvəl, 1973-cü ilə qədər davam edir.

5. 2006-cı ildə maraqlı bir hadisə baş verdi. Joya Uilliams o illərdə dünyanın ən böyük kola şirkətinin qlobal brend direktorunun köməkçisi idi və o, bazara çıxarmaq üzrə olduqları yeni kolanın formulunu ələ keçirdi. 1,5 milyon dollara "Coca Cola"-nın formulunu "Pepsi"-yə satmaq istədi. Pepsi onun bu istəyini rədd etdi və FTB-yə məlumat verdi. Şirkətin o zamankı sözçüsü Deiv De Kekko hadisə ilə bağlı “Rəqabət bəzən şiddətli ola bilər, eyni zamanda ədalətli və qanuni olmalıdır" deyərək hər kəsin rəğbətini qazandı.

6. Hər bir brenddə olduğu kimi "Pepsi"-nin də tarixində bəzi uğursuz məhsullar olub. Məsələn, "Pepsi Blue". Son dərəcə şirin və qara tut ətirli Pepsi Blue ictimaiyyət tərəfindən tam bir fiasko kimi qələmə verilib.

7. 1960-cı illərdə Çində qəribə bir hadisənin baş verdiyi iddia olunur. 1963-1967-ci illər arasında şirkətin şüarı “Canlan! Pepsi çağındasan” sözləri idi. Lakin bu şüarın o dövrdə Çin bazarında satışları azaltdığı bildirilir. İddiaya görə şüarın Çin dilində tərcüməsi səhv edilib və “Pepsi içmək
ölüləri dirildəcək” kimi təsvir olunub.

Mənbə: ListeList

Tərcümə etdi: Lumu Zülfüqarova

Paylaş
Şərh əlavə et