Ulduzlarda yanıb-sönmə onların parlaqlığında çox qısa zaman intervallarında meydana gələn dəyişikliklərdir.
Gecə səmaya baxdığımız zaman ulduzların yanıb-sönməsinin səbəbi temperaturun dəyişməsi nəticəsində atmosferdə baş verən nizamsızlıqlardır. Əslində, ulduzlar daim işıq saçır. Məsələn, kosmosda olan bir astronavt həmişə ulduzları eyni parlaqlıqda görür. Ulduzlardan gələn şüalar müxtəlif sıxlıq və temperatur bölgələrindən keçərkən atmosferdə istiqamətini müxtəlif sürətlə dəyişir. Ulduzdan gələn şüalar çox gurdursa, ulduz yox kimi görünür, işıqlanma dərəcəsi azdırsa, daha parlaq görünür. Bu, ulduzların səmada yanıb-sönməsi kimi görünməsinə səbəb olur.
Ancaq Ay və Günəş sistemindəki digər planetlər üçün belə deyil. Çünki bu səma cisimləri ilə müqayisədə ulduzlar bizdən çox uzaqdır. Başqa sözlə desək, onlar Yerdən baxdıqda ölçüsüz nöqtələr kimi görünürlər. Buna görə də ulduzlardan gələn şüalar eyni istiqamətdə tək bir işıq şüası kimidir. Planetlər ulduzlardan çox kiçik olsalar da, ulduzlardan çox Yerə yaxındırlar. Buna görə də göydə dairəvi görünürlər. Səma cisimlərindən gələn və müxtəlif istiqamətlərdə olan işıq şüaları atmosferdə fərqli sürətlərdə hərəkət edir, istiqamət dəyişirlər. Hamısı birlikdə qəbul edildikdə bir-birini tarazlayır. Buna görə də planetlər həmişə səmada parlaq görünür.
Mənbə:bilimgenç
Tərcümə etdi:Tərlanə Abdullayeva
