
Həyatınızın müəyyən dövrlərində "Bu hadisəni daha əvvəl yaşamışam", "Sanki buranı əvvəl görmüşəm" kimi cümlələr istifadə etmisinizsə və bunun nə olduğunu bilmirsinizsə, bu hissin adı dejavudur. Bəs dejavu nədir, niyə olur? Dejavu bir xəstəlikdirmi?
Dejavu fransızca termindir, mənası “əvvəl baş verənlər”-dir. Dejavu insanın qəflətən və gözlənilmədən o anı daha əvvəl yaşamış hiss etməsidir.
Dejavu tez-tez insanın daha əvvəl psixi vəziyyəti və ya xatirəni yaşadığı hissini yaradır. Bu hiss insanın, əslində, əvvəllər yaşadığı bir xatirəyə bənzəyir. Dejavu yaşayarkən insan sanki anıyı daha əvvəl baş verdiyini xatırlayır.

Dejavuya kimlərdə rast gəlinir?

1928-ci ildən bəri bu mövzuda bir çox fərziyyə söylənilmişdir. Bunlardan ən güclü və ən məntiqli yaddaşla əlaqəli hipotezlərdir. Şizofreniya və depressiyadan əziyyət çəkənlərdə tez-tez rast gəlindiyi deyilir. Ancaq dejavunun bu xəstəliklərlə birbaşa əlaqəsi yoxdur. Dejavu ən çox epilepsiya xəstələrində baş verir. Uşaqlıq və gənclik dövrlərində dejavu hadisəsi tez-tez təkrarlanırsa, həkimə müraciət olunmalı, epilepsiyanın olub-olmadığı araşdırılmalıdır. Yetkin insanlarda bu vəziyyətin yaşanması stress, yorğunluq və digər səbəblərlə əlaqəlidir.
Dejavunun səbəbləri
İlk dəfə 1876-cı ildə fransız fizik Emile Boirac tərəfindən istifadə olunan dejavu anlayışı elmi ədəbiyyatda 1928-ci ildə Edward Bradford Titchenerin "Bir psixologiya kitabı" adlı əsərində qeyd olunub. Titchenerə görə beyin təcrübəylə bağlı qəti bir qavrayış yaratmadan əvvəl qismən qavrayış yaradır və bu, dejavu hissinin yaranmasına səbəb olur. Dejavunun elmi açıqlamasında beynin sağ və sol yarımkürələrinin millisaniyədən daha az zaman fərqi ilə işləməsi, buna görə gec qavrayan tərəfin bu hadisəni daha əvvəl yaşamış hissi öz əksini tapıb. Sinir aksonlarındakı kiçik bir sıçrayışdan qaynaqlanır. Temporal yarımkürə krizləri olmadan əvvəl dejavu yaşana bilər. Dejavunun alzheimer xəstəliyinin ilkin mərhələsində faydalı olduğu iddia edilir. Ancaq bu iddia elmi təsdiq tapmayıb.
Dejavu elm adamları tərəfindən tam izah edilməmiş bir fenomendir. Bununla belə, bəzi tədqiqatçılar dejavunun beyində yaddaşın işlənməsi və geri çağırma mexanizmlərindəki səhv olduğunu düşünürlər. Buna görə də, dejavu tez-tez yaddaş səhvləri ilə əlaqələndirilir.
Deja vu adətən qısamüddətli bir təcrübədir və heç bir müalicə tələb etmir. Bununla belə, bəzi insanlar tez-tez dejavu ilə qarşılaşırlarsa, əsas səbəbləri müəyyən etmək və müalicə etmək üçün bir mütəxəssislə məsləhətləşmək faydalı ola bilər.
Şizofreniya necə xəstəlikdir?

Şizofreniya insanın əvvəlki bacarıqlarını itirməsi və ya bu bacarıqların zəifləməsiylə xarakterizə olunan ruhi pozğunluqdur. Ən ağır psixiatrik pozğunluq məhz şizofreniyadır.
Mənbə: Sözcü Gazetesi
Tərcümə etdi: Lumu Zülfüqarova
