Bu gün:

Lüks brendlərin sizi aldatmaq üçün istifadə etdiyi yollar!


İnsanların dəbdəbəli mallar almaqda əsas səbəbi keyfiyyət və sənətkarlıq, yoxsa bu məhsulların təklif etdiyi statusdur?

Məsələn, bir Chanel reklamı və ya Louis Vuitton mağazası gördüyümüz zaman bu brendlə əlaqəli zövqün və status duyğusunun bizimlə əlaqələndirilməsini istəməyimizə səbəb olur.
Brendin məqsədi insanların şüuraltına təsir edərək, emosiya, sədaqət və brendə inamı oyatmaqdır. Bəs niyə insanlar brend geyinəndə özlərini daha yaxşı hiss edirlər?
Gucci, Chanel, Louis Vuitton kimi brendlər insanları necə idarə edir? 
• Lüks marka xüsusiyyəti və keyfiyyətinə görə yüksək qəbul edilən dəyərə malik məhsul, xidmət və ya təcrübədir. Bu markalar sərvət və statusla yanaşı müəyyən bir həyat tərzi ilə əlaqələndirilir.   Əsrlər boyu brendlər məhsulları bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. Brendləşmə eramızdan əvvəl 2000-ci ilə aid olan qədim təcrübədir. 

O dövrdə tacirlər müxtəlif bazarlarda mallarını satarkən öz məhsullarını müəyyən etmək üçün ondan istifadə edirdilər. Brendinqdən, sözün əsl mənasında, istifadə edərək bu tacirlər özlərini rəqiblərindən fərqləndirməyi və müştərilərdə inam yaratmağı bacarıblar. 
Sonralar intibah dövründə brendinq yeni məna kəsb etdi. Rəssamlar sənət aləmində başqalarından fərqlənmək üçün simvollardan istifadə etməyə başladılar. Bu simvollar rəssamın işi haqqında mesaj vermək üçün istifadə edilir, müştərilərə rəssam və onun üslubu ilə eyniləşdirməyə imkan verirdi.  Bu gün dəbdəbəli brendlər güclü və davamlı brend təcrübələri yaratmaq üçün mürəkkəb marketinq üsullarından istifadə edirlər. 
  Bir millətin sosial şüursuzluğu davamlı olaraq toplanan və yeni formalar formalaşdıran xüsusi insan təcrübələrinin məcmusudur. Bu formalar bir mədəniyyətdə insanların paylaşdığı müəyyən ideyaların, dəyərlərin və inancların ifadəsi olan arxetiplərdir. Brendlər bu arxetipləri sosial şüursuzluqda istifadə edir ki, bu da insanların müəyyən bir marka haqqında düşündüklərində müsbət hisslər yaradır. 
• Məsələn, Gucci yüksək status və zənginlik obrazı yaradır. Dizaynerin vizual dili, hədəf auditoriyasında sədaqət və inam ruhlandıran loqosu və monoqramları ilə ifadə olunur. 
• Chanel incəlik və zərifliklə, Louis Vuitton isə lüks dəri məmulatları və ikonik LV monoqramı ilə əlaqələndirilir. Bu münasibətlər mədəniyyətdəki insanların sosial şüursuzluqda paylaşdıqlarına əsaslanır. Beləliklə, brendin qavranılması həmin mədəniyyətdə olan insanların brendlər haqqında ümumi arxetipləri və inanclarına əsaslanır. 

Arxetiplərlə yanaşı emosiyalar da insanların brendləri necə qəbul etməsində və onlara reaksiya verməsində mühüm rol oynayır. Qərarlarımızı emosiyalarımız idarə edir və brendlər bundan öz üstünlükləri üçün istifadə edirlər. 
Brendlər və müştərilər arasında emosional əlaqə təkcə reklamlar və ya vizual işarələrlə deyil, həm də müştəri xidməti və məhsul keyfiyyəti ilə yaradılır. Brendlər bu emosional əlaqədən sadiqlik yaratmaq və müsbət müştəri təcrübəsi yaratmaq üçün istifadə edir.

Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et