Bu gün:

İngilis dilini inkişaf etdirmək üçün 7 tövsiyə


Gün keçmir ki, istər iş mühitində, istərsə də dost-tanış məclislərində “İngilis dilimi təkmilləşdirməliyəm” deyənə rast gəlməyək.

"İngilis dilimi necə təkmilləşdirə bilərəm?"

1. İngilis dilində TV, serial və proqramlara baxın.

İngiliscə bəzi serialların altyazı xüsusiyyəti var, ancaq müəyyən mərhələdən sonra altyazısız izləmək çox daha faydalıdır. Mümkünsə, ingiliscə altyazı ilə izləyin. “Heç nə başa düşmürəm” deməyin, baxın.

2. Radioya qulaq asmaq başqa bir çox faydalı üsuldur.
İngilis dilində danışılan və mahnıların səsləndirildiyi bir çox kanallar var. 

3. Lüğət öyrənin. 
Nə qədər çox söz, bir o qədər sürətli irəliləyiş. Sözlərin mənalarını öyrənmək üçün ingiliscə-türkcə lüğət seçmək əvəzinə, onun ingiliscə-ingiliscə istifadə etməyinizə nə qədər kömək etdiyini tez bir zamanda görə bilərsiniz.

4. Oxuyun, ingilis dilini oxumaq möcüzəvi şəkildə danışıq qabiliyyətinizi artırır.

 Həmçinin tweeter, facebook, linkedin kimi sosial mediada ingiliscə yazanları izləyin. Gün ərzində etdiyiniz sosial media oxumaları belə bir töhfədir.

5. Praktika etmək çox vacibdir.
Yazmaq, danışmaq, dinləmək vacibdir. Onlayn ünsiyyətin artması bu baxımdan bir çox imkanlar təqdim edir. Dil mübadiləsi üçün uyğun platformalar var.

6. Düzgün seçilmiş onlayn videoların böyük faydası olacaq.

7. Şübhəsiz ki, ingilis dilində ən vacib mövzulardan biri fraza feli öyrənməkdir.( get in, put on, back down və s.


 Unutmayın ki, ingilis dili bütövdür, başa düşürəm, amma danışa bilmirəm, ən çox eşitdiyimiz şeydir. İngilis dilini oxumalı, yazmalısınız, başa düşməlisiniz və danışmalısınız. Onların hamısını sinxron şəkildə inkişaf etdirmək üçün səy göstərməyi unutmayın.


Mənbə:Hülyamutlu.com

Tərcümə etdi:Sayad Qoşnalıyeva


Paylaş
Şərh əlavə et