
Basic ingilis dilində "əsas" deməkdir. Bu əsas üslubdur.
Geyinmənin bəzək deyil, zərurət olmasını nəzərdə tutan əsas üslub, məhdud rənglər ehtiva edən, lakin keyfiyyətli parçalarla uzun illər hər yerdə geyilə bilən məhsulları müəyyənləşdirir. Əsas geyim tərzi iki fərqli şəkildə idarə oluna bilər. Birincisi, dəbli geyimlərlə geyinilə bilən sadə geyimlər, ikincisi isə tamamilə iddiasız bir üslubdur. Beləliklə, bir geyim elementinin əsas olub olmadığını necə bilirsiniz? Əsasən, düz, tək rəngli, adi sviter, köynək, yubka, paltar, şalvar və daha bir çox geyim məhsullarını əsas adlandırmaq olar. Ayırmaq üçün ən asan məhsullardan biri əsas köynəklərdir. Bu gün bir çox geyim məhsullarında fərq yaratmaq üçün müxtəlif parça və ya çap aranjmanları hazırlanır. Əsas köynəklər və şalvarlar bu qaydalara uyğun olmayan məhsullardır. Gücünü parça keyfiyyətindən alan əsas məhsullar istənilən mağazada tapıla bilən ən sadə və rahat paltarlardır. Onların rəngləri müxtəlifdir. Yaşıl, qırmızı, çəhrayı, qara, ağ və bir çox rənglərdə əsas məhsullar tapmaq mümkündür. Əsas geyim birləşmələri, adətən, eyni üslubda olan məhsullarla hazırlanır. Əsas qara köynək altına geyilən istənilən rəngdə düz kəsimli şalvarlar sizə idman və şık görünüş qazandırmağa kömək edəcək. İkinci seçim, digər parlaq paltarlarınıza diqqət çəkmək üçün əsas məhsullardan istifadə etməkdir. Rinstone, naxışlı, rəngli yubka və ya şalvarın üzərinə geyəcəyiniz dar, əsas sviter və ya köynək bütün diqqəti yubka və şalvarınıza çəkəcək. Qəşəngliyini sadəlikdən götürən və ən böyük sərvətin təvazökarlıq olduğunu bilənlər üçün əsas geyim tərzi vazkeçilməz hala gəldi. Əsas üslubun qapıları köynəklərdə və ya paltarlarda heç bir bəzək, çap və ya canlı kəsiklərə üstünlük verməyən hər kəs üçün açıqdır. Adi məhsullar deyildikdə bunu sadə geyim tərzi kimi qəbul etmək olar.
Mənbə:Nors.com.tr
Tərcümə etdi:Sayad Qoşnalıyeva
