
Kombin ən asan mənası ilə birləştirmə deməkdir. Bu, bir-birindən fərqli parçaları birləşdirmək deməkdir. Hamımız bilirik ki, kombin sözü bir çox sahələrdə, o cümlədən riyaziyyat və astronomiyada istifadə olunur.
Geyim sektorundakı kombinasiyalara bir-birindən asılı olmayan fərdi geyim parçaları deyilir. Məsələn, istifadə etdiyiniz çantanın geyindiyiniz ayaqqabı ilə uyğun olması üstünlükdür. Təbii ki, söhbət təkcə bununla bağlı deyil. Üst geyimlərdən olan sviter, bluz və köynək kimi geyim əşyalarının alt hissədən olan ətək və şalvar kimi əşyalarla bütövlük təşkil etməsi də üstünlük və zövq məsələsidir. İstifadə etdiyimiz sırğalar, boyunbağılar, saatlar, eynəklər kimi tək parça aksesuarlar bir-biri ilə vəhdət təşkil edir, üstəlik, kəmər, ayaqqabı kimi parçalar da öz aralarında bir bütünlük yaradır.
Mənbə:Kombincim
Tərcümə etdi:Sayad Qoşnalıyeva
