Bu gün:

Səs diapazonu nədir?


Vokal diapazonu ifaçının nə qədər yüksək və aşağı rahat oxuya biləcəyini ifadə edir. Bu, müğənninin səsini gərginləşdirmədən çıxara biləcəyi ən yüksək və ən aşağı notlar arasındakı məsafədir. Altı əsas vokal diapazonu var: soprano , mezzo-soprano , kontralto , tenor , bariton və bas. Hər bir diapazon C4-dən C6-ya kimi piano say sistemi ilə təmsil olunur. Hərf notu, nömrə isə oktavanı müəyyən edir.

Səslərin böyük əksəriyyəti altı vokal kateqoriyasından birinə düşür - qadınlar üçün üç səs növü və kişilər üçün üç səs növü. Qadın növləri, adətən, soprano, mezzo-soprano və altodur. Kişi tipləri isə ümumiyyətlə, tenor, bariton və basdır. Bu vokal növlərinin də müxtəlif alt kateqoriyaları var. Bununla belə, hələlik altı əsas səs təsnifatına diqqət yetirək.

Səs təsnifatı vokal diapazonlarını təsnif edir və hər bir diapazona xas olan xüsusi vokal keyfiyyətləri təsvir edir. Aralığınızı bildikdən sonra səs növünüzü tapmaq üçün aşağıdakı təsvirlərdən istifadə edin.

1. Soprano

Soprano ən yüksək qadın vokal növüdür. Tipik bir soprano C3-dən C6-a qədər diapazona malikdir. Aşağı və yuxarı ekstremallarda bəzi sopranolar B3-ə və ya G6-ya qədər uzana bilər.

2. Mezzo-soprano

Mezzo-soprano qadınlar üçün orta diapazonlu vokal növüdür. Bu həm də ən çox yayılmış qadın səs təsnifatıdır. Tipik bir mezzo-soprano A3-dən A5-ə qədər diapazona malikdir. Aşağı və yuxarı ekstremallarda bəzi mezzo-sopranolar G3-ə qədər və ya C6-ya qədər uzana bilər.

3. Alto

Contralto (Alto) ən aşağı qadın vokal növüdür. Tipik bir alto F3-dən F5-ə qədər diapazona malikdir. Aşağı və yuxarı ekstremallarda bəzi kontraltlar D3-ə qədər və ya A5-ə qədər uzana bilər. Bununla birlikdə, qadınlar üçün əsl kontralto nadirdir.

4. Tenor

Tenor ən yüksək kişi vokal növüdür. Tipik bir tenor C3-dən C5-ə qədər diapazona malikdir. Aşağı və yuxarı ekstremallarda bəzi tenorlar B2 və ya F5-ə qədər uzana bilər.

5. Bariton

Bariton kişilər üçün orta diapazonlu vokal növüdür. Bu həm də ən çox yayılmış kişi səsi təsnifatıdır. Tipik bir baritonun G2-dən G4-ə qədər diapazonu var. Aşağı və yuxarı ekstremallarda bəzi baritonlar F2 və ya C5-ə qədər uzana bilər.

6. Bas

Bass ən aşağı kişi vokal növüdür. Tipik bir bas E2-E4 diapazonuna malikdir. Aşağı və yuxarı ekstremallarda bas səsi C2 və ya G4-ə qədər uzana bilər.

Mənbə: Milliyet

Tərcümə etdi: Ayşə Məmmədcəfərli

Paylaş
Şərh əlavə et