
Qısa və faciəli həyatı boyunca Amedeo Clemente Modilyani, Pikassonun ən pis düşməni adlandırılan dövrünün bohem üslubunda işləyən biri kimi ad qazandı.
Modilyani, İtaliyanın Livorno şəhərində anadan olub və intellektual bir yəhudi ailəsində dördüncü uşaq idi. Atası doğuş zamanı iflas etdiyi üçün kasıb bir uşaqlıq keçirib.
10 yaşında vərəm xəstəliyinə tutulub. Uşaqlıqda xəstə olduğu üçün ilk müəllimi anası olub. Və onu sənətə gətirən də anası idi. 11 yaşında sinə iltihabı keçirib və bir neçə il sonra tifo xəstəliyinə tutulub. Sağaldıqda anası onu Florensiyaya aparıb və burada rəssam Guglielmo Micheli (1866-1926) ilə oxuyub.
1901 – ci ildə əvvəlcə Florensiyaya, 1903-cü ildə isə Venesiyaya köçüb. Burada Modilyani ilk dəfə Mac içməyə başladı və yeni həyat tərzi ömrü boyu davam edib.
1906-cı ildə surət çıxarmaqla dolanışığını təmin edərək Parisə köçüb. Toulouselautrec, mavi dövründə olan Picasso, Cezanne və Brancusinin təsiri altında idi.

Babası uşaq ikən ona fəlsəfə və ədəbiyyat öyrədib. Parisə getdikdən bir il sonra alkoqolizmə asılılığı artıb və narkotik aludəçisi kimi yaşamağa başlayıb. Çox miqdarda alkoqol, xaşxaş və absinthe içməyə başlayıb, qadınlarla bir günlük münasibət qurub. Bu dövrdə işinin çox hissəsini məhv edib.
Brancusinin tövsiyəsi ilə daş kəsməyə başlayıb, lakin 1915-ci ildə tamamilə rəssamlığa qayıdıb. İşində ümumiyyətlə qadın formasından istifadə edirdi. Afrika heykəltəraşlıq sənətindən öyrəndiklərini ömrü boyu işlərinə tətbiq edib.

Modilyani adətən şəkillərini tək fiqurlu edirdi. Üzləri düz və oval, uzun boyunları yanlara əyilmişdi. Rəqiblərindən fərqli olaraq rəsmlərinin satışına əhəmiyyət verməyən və dövrünün varlı sənətkarlarından fərqli olaraq, yüksək cəmiyyətin təriflərinə baxmayaraq, mövqeyini nümayiş etdirməkdən çəkinmədən qəpiksiz yaşayan cəsarətli bir şəxsiyyət idi.
1914-1916-cı illərdə onun əsərlərində yeni impressionizmin təsiri izlənilir.
Modilyaninin “ruhunu görə bildiyim zaman gözlərini də çəkəcəyəm”,– dediyi onun son sevgisi Jeanne Ebuterndir. 1917-ci ildə Modilyani yəhudi olduğu üçün Jeannenin qaranlıq katolik ailəsi münasibətlərinə qarşı çıxsa da, 1918-ci ildə onların bir qızı olub.
1917-ci ildə sağlığında açdığı yeganə fərdi sərgisi Paris polisi tərəfindən müstehcən olduğu səbəbiylə bağlanıb. O, 35 yaşında alkoqol və narkotik asılılığı səbəbi ilə vərəm xəstəliyinə tutularaq dünyasını dəyişib.
Doqquz aylıq hamilə olan həyat yoldaşı Jeanne Ebutern Modilyaninin ölümündən bir gün sonra beşinci mərtəbədəki evindən atlayaraq intihar edib. Kiçik qızlarını isə xalası böyüdüb.
Mənbə: Sanatinöyküsü
Tərcümə etdi: Aysu Əsədova
