Azərbaycan ilə Pakistan arasında münasibətlər müxtəlif sahələri əhatə edən geniş və çoxşaxəli əməkdaşlıq gündəliyi ilə inkişaf edir.
Prezident İlham Əliyev
24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifə Pakistan Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.
Məktubda qeyd olunub ki, siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya və humanitar sahələrdə əməkdaşlıq getdikcə daha da genişlənir və yeni məzmunla zənginləşir.
Prezident vurğulayıb ki, İslamabadda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması dövlətlərarası əməkdaşlığın mühüm praktiki nəticələrindən biridir.
Qeyd edilib ki, qısa müddətdə əldə olunan bu nailiyyətlər hər iki ölkənin xalqlarının rifahına və regionda əməkdaşlığın güclənməsinə töhfə verir.
Aylin Bayraməliyeva
