Bu ilin yanvar–fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli azalma deməkdir.

24media.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahəyə yatırımlar illik müqayisədə 31,4% azalıb.
Hesabat dövründə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 77,2 faizi inşa, yenidənqurma və bərpa, 9,2 faizi əsaslı təmir, 8,1 faizi cari təmir, 5,5 faizi isə digər tikinti işlərinin payına düşüb. Ümumi işlərin 88,2 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra olunub.
Qeyd edək ki, 2025-ci ildə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 629 min 528 kvadrat metr olub. Həmin dövrdə 25 350 fərdi yaşayış və bağ evi, eləcə də 10 040 çoxmənzilli bina istifadəyə verilib.
Bundan əlavə, hesabat dövründə istirahət, əyləncə və incəsənət sahəsinə 2,1 milyon manat, nəqliyyat və anbar təsərrüfatına 606,6 milyon manat, informasiya və rabitə sahəsinə isə 106,1 milyon manat sərmayə yatırılıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə yönəldilən investisiyalar isə 60,2 milyon manat təşkil edib.
Arzu Qafarova
