
Paris, Roma və London kimi məşhur şəhərlər hər il turistlərlə dolu olsa da, onlar qitədə yeganə seçim deyil. Avropada gedə biləcəyiniz bəzi alternativ şəhərlər:
York, İngiltərə
Bir çox insanlar üçün İngiltərə yalnız Londondan ibarət görünür, lakin paytaxtdan kənarda da görməli şəhərlər var. York da onlardan biridir. İngiltərənin şimalında yerləşən bu şəhər eramızın 71-ci ilində romalılar tərəfindən salınıb və çox gözəl memarlığa malikdir. Xüsusilə, qotik kilsələri və təbii gözəllikləri ilə diqqət çəkən York, özünüzü fərqli bir dövrdə olduğunuzu hiss etdirəcək.
Strasburq, Fransa
Fransanın paytaxtı Paris olsa da, Strasburq Avropa Parlamentinə ev sahibliyi edir. Əslində, bu vəziyyət belə şəhərin nə qədər xüsusi olduğunu göstərir. Elzas bölgəsində yerləşən və bölgənin bütün gözəlliklərini özündə əks etdirən, Almaniya sərhədinə yaxın olan bu şəhər də UNESCO-nun Dünya İrs siyahısındadır. Alman və Fransız memarlıq və mədəniyyətinin izlərini daşıyan şəhər mütləq görülməli yerlərdən biridir.
Budapeşt, Macarıstan
Budapeşt Avropanın on dördüncü ən böyük şəhəri olmasına baxmayaraq, ziyarətçi sayı gözlənilən qədər çox deyil. Çoxlu muzeyləri, kilsələri və Dunay boyunca gözəl mənzərələri ilə Budapeşt Avropanın mütləq görməli şəhərlərindən biridir.
Çexiya, Praqa
Praqa, şübhəsiz ki, Avropanın ən möhtəşəm şəhərlərindən biridir, təkcə paytaxtdan ibarət deyil. Termal bulaqları ilə məşhur olan Qərbi Çexiyanın şəhəri Karlovı Vary şəhəri də Çexiyanın mütləq görməli yerlərindən biridir. Şəhər həm də zərif və rəngarəng memarlığı ilə tanınır.
Belçika
Paytaxt Brüsseldən qısa müddətdə çatmaq mümkün olan Brugge, eyni zamanda Flaman bölgəsinin də paytaxtıdır və YUNESKO-nun Ümumdünya İrs Siyahısındadır. Ən yaxşı qorunan orta əsr şəhərlərindən biri olan Brugge, tarixi turizm həvəskarlarını tarix boyu səyahətə çağırır.
Mənbə: CNN türk
Tərcümə etdi: Lalə Mənəfova
