İllər ərzində dəyişən makiyaj trendlərində 2023-cü ildə bizi nələr gözləyir?
Mirvari göz makiyajı
Bu il göz makiyajında daş və payet kimi bir çox parıltı qaş ilə qarşılaşdıq. Onların yanına əlavə edilən yeni məhsul mirvari idi. Bu birləşim ziyafət makiyajlarının sevimlisinə çevrilib.

Dodaq boyasının qeyri-müəyyən görünüşü
Koreya makiyaj trendlərindən biri olan bu dodaq boyası texnikasının bir çox makiyajlarda istifadə olunduğunu görə bilərsiniz. Dodaqlarınıza bir az çəkib barmağınızın ucu ilə yaydığınız zaman bu effekti əldə edə bilərsiniz.

Rəngarəng qrafik göz layneri
Adi göz layneri və digər göz makiyajından sıxılanlar üçün həm rəngli, həm də təsirli görünüş mümkündür. Hər tərzə uyğun rəngli laynerlər obrazınızı tamamlayacaq.

Ənlik tətbiqlərini müxtəlif nöqtələrə çəkin
Bu günə kimi yanaq sümüklərinizə sürtdüyünüz ənlikdən bezmisinizsə, yerlərini bir az dəyişə bilərsiniz. Ənlikləri göz kölgənizi tamamlamaq üçün göz ətrafında istifadə edə bilərsiniz.

Mavinin tünd çalarları
Xüsusilə göz makiyajında qara və mavinin işbirliyini mükəmməl görünür. Xüsusi günlərdə bu rənglərdə makiyajı sınaya bilərsiniz.

Daranmış qaşlar
Yuxarı daranan, lakin darandıqdan sonra əyilməmiş bu qaşlar sizə dənizdən çıxmış effekti verəcək. Qaşlarınızın eyni zamanda daha qalın və təbii görünməsini istəyirsinizsə, bu trendi sınaya bilərsiniz.

Təbii görüntü üçün ənlik çubuqları
Yay və qışda istifadə edə biləcəyiniz çubuq ənlikləri həm təbii bitiş, həm də praktiklik təqdim edir. Birbaşa üzünüzə sürtmək və tonal kremin altına yaymaq istəmirsinizsə, barmaqlarınızın ucu ilə tətbiq edə bilərsiniz.

Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
