
Bədbəxt hadisələrin qarşısını almaq bəzən mümkün olmur. Lakin uşaqları məişət qəzalarından qorumaq üçün bəzi ilkin yardım məsləhətləri var.
Özümüzü ən təhlükəsiz hiss etdiyimiz evimizdə belə gözlənilməz təhlükələrlə qarşılaşa bilərik. Xüsusilə, uşaqlı evlərdə diqqətsizlik faciələrə gətirib çıxara bilir. Evdə uşaqları gözləyən təhlükələri əvvəlcədən bilmək bu nəticələri dəyişə bilər.
Uşağın yıxılmaması üçün bir yastıq kifayət deyil.
Ana, ata və ya baxıcı adətən körpəni çarpayıya qoyur. Onu təhlükəsiz saxlamaq üçün yanına yastıq qoyur. Lakin bu düzgün üsul deyil. Bu zaman körpənin yıxılmasının qarşısını almaq üçün yan qoruyucu olan uşaq çarpayısından istifadə edilməlidir. Uşaq çarpayı və divana deyil, xalçanın üstünə qoyulmalıdır. Valideynlər də körpənin bezini dəyişərkən diqqətli olmalıdırlar. Körpələri yerdən hündür yerə qoymamalı və bir anlıq onları tərk etməməlidirlər.
Ocağın üstündəki yeməklərə diqqət edin.
Hər hansı bir şeyi qaynadarkən dördocaqlı sobanın ön hissəsinin yerinə arxa ocaqları seçməyə diqqət yetirin. Həmçinin yeməyinizi bişirdikdən sonra soyuması üçün ocağın üstünə deyil, uşağın əli çatmayan yerə qoyun.
Yuyucu vasitələri üst rəflərə qoyun.
Spirt, duz və ağardıcı kimi kimyəvi maddələrin su, meyvə şirəsi və süd məhsullarının qablarında saxlanılması təkcə uşaqlar üçün deyil, böyüklər üçün də təhlükəlidir. Bu kimyəvi maddələrin təsadüfən qəbulu, cərrahi müdaxilə tələb edə bilər. Uşaqlar, xüsusən də, gəzməyə başladıqdan sonra hər şeyi daha asan götürə bilirlər. Maraqlı təbiətlərinə görə təmizləyici materialların qapaqlarını açmağı öyrənə bilirlər. Bu səbəbdən içki qabına kimyəvi maddələr qoymaq vərdişindən mütləq imtina edilməlidir.
Hamam həsirlərindən istifadə edin.
Hamam qəzalarının qarşısını almaq üçün plastik həsirlərdən istifadə etmək lazımdır. Yeri quru saxlamaq üçün parça və dəsmallardan istifadə etmək lazımdır. Bu, uşaqları və böyükləri kəllə-beyin travmalarından qoruyur.
Kiçik əşyaları gizlədin.
Uşaqlar altıncı aydan etibarən baş barmağını funksional olaraq istifadə etməyə başlayır. Uşaq tutma qabiliyyətinin əldə etməsi ilə hər şeyi ağzına aparmaq istəyir. Bu zaman evdəki hər şeyə onun gözü ilə baxmağa və ətrafda kiçik əşyalar buraxmamağa diqqət yetirilməlidir. Körpələr üçün xüsusi stul və yastıqların yerləşdirildiyi sığınacaqlı oyun meydançaları yaratmaq təhlükəsiz variantdır.
Yanıqları soyuq su ilə saxlayın.
İlk növbədə, yanıq yaradan maddə dəridən çıxarılmalı və yanmış sahə 10 dəqiqə soyuq suyun altında saxlanılmalıdır. Bunun yeganə istisnası yanan maddə dəriyə yapışıbsa, onu çıxarmağa çalışmamaq lazımdır. Daha sonra həmin hissə təmiz bir parça ilə örtülməlidir. Sağlamlıq mərkəzlərinə müraciət edilməlidir. Yanmış yerə birbaşa buz tətbiq etməyin, çünki isti kimi həddindən artıq soyuqluq dərin yanıqlara səbəb olacaqdır.
Sınıq sümüyü yerindən tərpətməyin.
Ümumi ilkin yardım səhvlərindən biri qırıq sümüyü dərinin içindən kənara itələməyə çalışmaqdır. Bu insanda daha çox ağrıya səbəb olmaqla yanaşı, yumşaq toxumaların zədələnməsinə səbəb olacaq. Sınıq dərinin altındadırsa, qapalı sınıq olaraq təyin olunur. Bu zaman çantaya qoyduğunuz buzu təmiz bir parçaya bükərək soyuq müdaxilə edə bilərsiniz. Lakin açıq yaralı sınıqlarda yaranın üzərinə təmiz parça bağlanılmalı və sağlamlıq mərkəzinə müraciət olunmalıdır.
Başınızı arxaya əyməyin
Burun qanaxmalarında baş önə əyilərək sümüyün bitdiyi və qığırdaqların başladığı yer baş və şəhadət barmaqları ilə beş dəqiqə sıxılmalıdır. Sümüyün başladığı yerə soyuq sürtmək burun damarlarını daraltmağa və qanaxmanı azaltmağa kömək edir. Əgər qanaxma hələ də davam edərsə, burnunuzu tutun və ən yaxın tibb müəssisəsinə müraciət edin.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
