Bu gün:

Hansı əşyaları isti havada avtomobilinizə qoymamalısınız?


Artan temperatur 2023-cü ili dünyanın indiyədək gördüyü ən isti illərdən birinə çevirib.  Bu o deməkdir ki, yay aylarında görüləcək tədbirlərin artırılmasına ehtiyac var.  Xüsusilə də, bu isti havalarda avtomobillərin salonu normaldan daha çox qızır və içəridə unutduğunuz bəzi şeylər partlaya bilər.

Canlı dostlarımızı avtomobillərdə buraxmağın təhlükələrini xatırlatmaqla yanaşı, digər tərəfdən avtomobillərdə buraxdığınız bəzi əşyalar həddindən artıq istilər səbəbiylə partlaya  bilər.  Avtomobillərdə qaldıqda yanma və partlayışa səbəb ola biləcək maddələr:

Alışqan: Tərkibində yanan qazlar olan alışqanlar avtomobillərdə həddindən artıq istiliyə məruz qaldıqda partlaya və avtomobilinizdə yanğına səbəb ola bilər.

Saç lakı: Tərkibində sıxılmış qaz olan saç lakları da alışqan kimi partlayacaq maddələrdir. Bu səbəbdən, onları heç vaxt avtomobildə unutmaq  olmaz.

Dezodorant: Dezodorantlar, çünki metal qutular istiliyi daha çox qəbul edir. Çox qısa müddətdə çox yüksək temperatura çatırlar. Nəticə olaraq partlaya bilərlər .

Dezinfeksiyaedici: Tərkibində spirt olan dezinfeksiyaedici maddələrin avtomobildə qalması onların yüksək temperaturda yanmasına səbəb ola bilər. 

Antifriz: Avtomobillərin həddindən artıq soyumasına və mühərrikin donmasına qarşı tədbir olaraq alınan antifrizlər avtomobillərdə qaldıqda dezinfeksiyaedici maddələr kimi yanma və ya partlayışa səbəb olur.

Mənbə: Haberglobal

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et