Bu gün:

Ağdam sakinləri üçün Novruz bayramı münasibətilə konsert təşkil olunub


İşğaldan azad edilmiş Ağdam şəhərində sakinlər üçün Novruz bayramına həsr olunan konsert proqramı təşkil edilib.

24media.az APA-nın Qarabağ bürosunun verdiyi məlumata əsasən, tədbir Ağdam Muğam Mərkəzində baş tutub. Konsertdə Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edib.


Tədbir Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və paytaxtla yanaşı regionları da əhatə edən mədəni qastrol proqramı çərçivəsində təşkil olunub.


Konsert zamanı orkestr dirijor Mustafa Aşurovun rəhbərliyi ilə səhnəyə çıxıb. Tamaşaçılara Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları təqdim olunub.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et