Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Yaponiyanın ətraf mühit üzrə dövlət naziri Şigeharu Aoyamanı Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edib.
Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbovun Yaponiyanın ətraf mühit üzrə dövlət naziri Şigeharu Aoyama ilə görüşü
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər arasında səmərəli müzakirələr aparılıb və nazirə 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək WUF13 forumunda iştirak etmək üçün rəsmi dəvət təqdim olunub.
Aylin Bayraməliyeva
