Bu gün:

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif olunub


Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.

Prezident İlham Əliyevin sərəncam imzalama anı


24media.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular dövlət təltiflərinə layiq görülüblər.

Belə ki, mayor Hüseynov Ramil Arif oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.

“Hərbi xidmətlərə görə” medalı isə mayor Mövlayev Samir Yaqub oğlu, kapitanlar Abbasov Elsevər Məhəmməd oğlu, Eldarov Zaur Səvzixan oğlu, Hüseynov Elçin Allahverdi oğlu, leytenantlar Fərzəliyev İlkin Mirzə oğlu, Vahabzadə Şahin İdayət oğlu, baş çavuşlar Adamov Xəyal Fikrət oğlu, Hacızadə Səbuhi Elşən oğlu və Qəhrəmanzadə Elman Qəhrəman oğlu ilə təltif edilib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et