Qətərdə keçirilməsi planlaşdırılan İspaniya və Argentina arasında “Finalissima” oyunu Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ləğv edilib. Bu barədə UEFA(Avropa Futbol Assosiasiyaları İttifaqı) bazar günü məlumat verib.

Luseyl stadionunun çöl hissəsinin ümumi görünüşü
24media.az saytının Reuters-ə istinadən verdiyi məlumata görə, Argentina təklif olunan alternativləri qəbul etməyib. ABŞ və İsrailin İrana endirdiyi zərbələr Körfəz regionundakı bir çox ölkələrə təsir edib. Nəticədə dünyanın ən işlək tranzit mərkəzlərindən bəzilərində səyahətlər pozulub və təhlükəsizlik narahatlıqları səbəbindən bir sıra idman tədbirləri də ləğv olunub.
Mələk Nəsirli
