
Hər kəs bir əlini digərindən daha yaxşı istifadə edir. İstifadə edilən əllə bir şey etmək daha sadədir, lakin digər əl üçün bir az çətin ola bilər.
Dünya əhalisinin təxminən 85 faizi sağ əllidir, solaxaylar isə çox azdır. Bu, solaxay insanlar üçün olduqca çətin olur, çünki dünyada demək olar ki, hər şey sağ əlli istifadə üçün nəzərdə tutulub. İş masası, qayçı,bıçaq,dəftər kimi.
Bütün bunlar bir yana,elm hələ də bunun nədən qaynaqlandığını bilmir. Yenə də bir çox elm adamı bunun genetika ilə əlaqəli olduğunu düşünür.

Genetikada sağ əli təyin edən D geni, sol əli təyin edən C geni var. Əksər insanlarda sağ əli dəstəkləyən D geni var və C geninə sahib olma ehtimalı azdır. Bu nəzəriyyəyə görə, birinin solaxay olması təsadüfən baş verir. Bu nəzəriyyə həm də sağ əlli valideyndən doğulan solaxay uşağın vəziyyətini izah edə bilər. Körpə C genini ailənin genofondundan miras almış ola bilər.
2005-ci ildə" Neuropsychologia" jurnalında dərc edilmiş bir araşdırma bu anlayışı dəstəkləyir.

Müəyyən olunub ki, körpələr ana bətnində əmmək üçün əl seçəndə bu tendensiya doğuşdan sonra da davam edir. Sağ baş barmağını əmən körpələr doğulduqdan sonra da sağ əllərindən istifadə edirdilər.
Hazırda elm solaxaylığın genlərdən gələn kodla əlaqəli olduğu nəzəriyyəsi üzərində birləşir, lakin dəqiq səbəb bilinmir.
Mənbə: Habertürk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
