
Dünyada mavi gözlülərin sayı həmişə qəhvəyi gözlülərdən az olub. Bunun səbəbi mavi gözlü insanların tək genə görə bu rəngə sahib olmasıdır. Gözləriniz mavidirsə, yəqin ki, siz də digər insanlar kimi bu ümumi geni daşıyırsınız.
Kopenhagen Universitetinin 2008-ci ildə apardığı araşdırmaya görə, mavi gözlü insanların ortaq əcdaddan törəmələri fərziyyəsi yaradılıb. Tədqiqat qrupu 6000-10000 il əvvəl baş vermiş mavi göz mutasiyasının izinə düşüb. Araşdırmaya görə Yer kürəsində yaşayan mavi gözlü insanların 6000 və ya 10000 il əvvəl yaşamış ortaq əcdadı var. 10.000 il əvvəl yer üzündə mavi gözlü insanlar yox idi. Bəs alimlər bunu nəyə əsaslanaraq irəli sürdülər?
Göz rəngini təyin edən OCA2 geni ən mühüm rol oynayır. Bu gen saç rəngində və dəri rəngində söz sahibi olan melanin piqmentlərinin istehsalında rol oynayan P zülalının DNT-də kodlanmasını təmin edir. Melanin adlanan rəng piqmenti dərinin, gözlərin və saçın rəngini idarə edən qəhvəyi bir piqmentdir. Qəhvəyidən yaşıla dəyişən göz rəngləri irisdəki melanin piqmentinin miqdarı ilə izah edilə bilər. Mavi gözlü insanlarda melaninin miqdarı çox az dəyişir.
Əslində, hər kəs qəhvəyi gözə sahib idi
Kopenhagen Universitetinin professoru Hans Eyberq deyir,-“Əslində, hamımızın qəhvəyi gözləri var. Lakin xromosomlarımızdakı OCA2 geninə təsir edən bir genetik mutasiya onun qəhvəyi gözləri çıxarmaq qabiliyyətini, sözün əsl mənasında, söndürən bir "keçid" yaratmasına səbəb oldu",-dedi.
Melanin piqmentinin sıxlığının azalması nəticəsində gözün rəngi mavi olur. Qəhvəyi gözlərdə melanin piqmenti daha çox olur. Mavi gözlü insanlarda melanin istehsalı üçün genetik kodlaşdırma çox azdır və hipotetikdir. Qəhvəyi gözlü insanların DNT-lərində melanin istehsalını idarə edən bir çox fərdi variasiya var.
OCA2 geninə təsir edən bu mavi göz mutasiyası üçün araşdırma aparan Kopenhagen Universiteti Danimarka, Türkiyə və İordaniyadakı ailələri araşdırıb. Tədqiqat nəticəsində OCA2 geni tam funksiyasını itirmir, əksinə funksiyası məhdudlaşdırılır və irisdə melanin istehsalı azalır. Beləliklə, bir növ qəhvəyi gözlər mutasiya nəticəsində mavi gözlərə çevrilir. Saçlara, dərilərə və gözlərə rəng verən gen olan OCA2 geni tamamilə funksiyasız olsaydı, saçda, dəridə və gözlərdə melanin istehsalı tamamilə dayanardı. Bu, albinizmə (albinizm), yəni dəridə, tüklərdə rəng çatışmazlığına səbəb olar.

Eiberg araşdırmasını belə yekunlaşdırdı,-“Müayinə etdiyimiz 800 insan arasında bu tapıntıya uyğun gəlməyən yalnız bir adam var idi və onun mavi göz rəngində qəhvəyi ləkələr vardı. Bütün bunlardan belə nəticəyə gəldik ki, bütün mavi gözlü şəxslərin vahid ortaq əcdadı var".
Mavi göz rəngindən məsul olan ümumi mutasiya geninin Qara dənizin şimal-qərbində və təxminən 6000-10000 il əvvəl Şimali Avropaya böyük kənd təsərrüfatı miqrasiyasının başladığı bölgədə baş verdiyi düşünülür. Professor Eyberq deyir,-"Bu mənim təxminimdir, lakin Əfqanıstanın şimalında baş vermiş də ola bilər".
Mənbə: HaberTürk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
