Xoş qoxulu, antioksidant və nəmləndirici təsirli gül suyu təbii baxım məhsullarının ən mükəmməlidir. Gül suyunu müxtəlif üsullarla istifadə etmək olar.
Dərinizin daha yumşaq və canlı olması üçün günlük nəmləndirici kremə bir neçə damcı gül suyu əlavə edə bilərsiniz. Beləliklə, dərinizi olduğundan daha təravətli və parlaq görünəcək.

Makiyajınızı təmizlədikdən sonra pambığın üzərinə bir az gül suyu töküb üzünüzə tonik kimi çəkə bilərsiniz. Dərinizin daha parlaq göründüyünü və məsamələrinizin təmizləndiyini görəcəksiniz.

Göz ətrafınızın daha sıx və canlı görünməsi üçün gözlərinizin üzərinə gül suyu ilə isladılmış pambıq qoyun və bir müddət uzanın.

Sprey qabına tökdüyünüz qızılgül suyunu gündə bir və ya iki dəfə üzünüzə çiləyin. Qızılgül suyu xoş qoxusu ilə sizi rahatlaşdıracaq və dərinizin canlanmasına kömək edəcək.

Bir az maye kokos yağını qızılgül suyu ilə qarışdırıb makiyaj təmizləyicisi kimi istifadə edə bilərsiniz. Burada kokosun dərinizi nəmləndirdiyini görəcəksiniz.

Hamamdan sonra baş dərisinə gül suyu ilə edəcəyiniz masaj saçlarınızı canlandıracaq. Xüsusilə, qışda daha çox quruyan saç kökləriniz üçün yaxşı olacaq.

Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
