Bu gün:

Pul xoşbəxtliyin açarıdırmı?


Ötən illərdə aparılan araşdırmalar göstərir ki, pul insanların əsas ehtiyaclarını ödəmələrini təmin etdiyi üçün müəyyən dərəcədə xoşbəxtlik yaradır.

İndi insanlar başa düşürlər ki, əllərində olan alətlərin çoxu, əslində, lazım deyil. Ailə münasibətlərini və ictimai əlaqələri gücləndirmək, səyahət etmək, yaxınlarla söhbət etmək, çətinliyə düşənlərə və ehtiyacı olanlara kömək etmək kimi yaddaşlarda qalacaq şeylərə daha çox əhəmiyyət verirlər. Buna görə də son tədqiqatlar emosional effektivliyə diqqət yetirir. Tədqiqatlar göstərir ki, təcrübələrə pul xərcləmək daha uzunmüddətli xoşbəxtlik yaradır, çünki onlar xoş izlər, yəni xatirələr buraxır. Bu qayda hətta ən adi təcrübələrə də aiddir.

Dünyanın ən çox nəysə alan və istifadə edən insanları olan amerikalılar artıq başa düşməyə başlayıblar ki, pulla, malla xoşbəxtlik ola bilməz. Alış-veriş çılğınlığı əvəzinə, həyatı sadələşdirməyi hədəfləyirlər. Onlar nəhəng avtomobillərini, dörd yataq otağı və qonaq otağı evlərini, 148 ədəd yemək qabını, doğrayıb sındıran onlarla mətbəx texnikasını, az qala ayrıca otağa çevrilmiş qarderoblarını kasıblara verərək həyatlarını sadələşdirməyi seçirlər.

Mənbə: zaferdergisi.com

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et