Bu gün:

Rusiya: "Finlandiya bizi öz ərazisində nüvə silahı yerləşdirməklə hədələyir"


24media.az TRT Haber.com-a istinadən xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov Finlandiyanın nüvə silahı ilə bağlı açıqlamalarının Avropada gərginliyi artırdığını bildirib.

Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib: “Finlandiya bizi öz ərazisində nüvə silahı yerləşdirməklə hədələyir. Əgər Finlandiya bizi hədələyirsə, biz müvafiq tədbirlər görəcəyik”.

O, Antti Hakkanenin 1980-ci ildən qüvvədə olan nüvə silahı qadağasının yumşaldılması və nüvə silahının idxalına icazə verilməsi ilə bağlı planları barədə açıqlamasına münasibət bildirərkən bu cür bəyanatların Avropa qitəsində gərginliyi artırdığını qeyd edib.

Peskov həmçinin Rusiyanın Çin və Hindistana neft satışı ilə bağlı detalları açıqlamaq istəmədiklərini bildirib. Onun sözlərinə görə, Rusiya enerji sektoru da daxil olmaqla Çin və Hindistanla əməkdaşlığını davam etdirir.

Kreml sözçüsü qeyd edib ki, İrandakı müharibə səbəbindən Rusiyanın enerji ehtiyatlarına tələbatın əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. O bildirib ki, Rusiya neft, təbii qaz və mayeləşdirilmiş qazın etibarlı təchizatçısıdır və müqavilələr çərçivəsində tədarüklərə zəmanət verir.

Peskov, İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiya və Çinin İrana siyasi və digər yollarla kömək etdiyini bildirməsi ilə bağlı suala da münasibət bildirib. O deyib ki, Rusiya İranla dialoq aparır və bu dialoqu davam etdirəcək.

Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et