Bu gün:

Naxçıvanda dron hücumunun nəticələri açıqlanıb


İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən tam orta məktəbin yaxınlığına düşüb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində hava limanının binasına zərər dəyib və iki mülki şəxs xəsarət alıb. 

Məlumata görə, hücumlar günorta saatlarında baş verib. Daha əvvəl də Naxçıvan aeroportuna düşən dronun qalıqlarının görüntüləri yayımlanmışdı və hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et