Livanın Səhiyyə Nazirliyi 2 martdan etibarən İsrailin ölkə ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində ölən və yaralananların sayı ilə bağlı yeni məlumat açıqlayıb.

24media.az "TRT Haber.com" -a istinadən xəbər verir ki, nazirliyin yaydığı yazılı açıqlamada bildirilib ki, 2 martdan bəri İsrail hücumları nəticəsində ölənlərin sayı 92 nəfər artaraq 486-ya, yaralananların sayı isə 1 313-ə çatıb.
Qurumun əvvəlki açıqlamasında həmin tarixdən etibarən hücumlar nəticəsində 394 nəfərin öldüyü, 1 130 nəfərin isə yaralandığı bildirilmişdi.
İsrailin Livana hücumları
İsrail ordusu 2 martda Livan ərazisindən raket atıldığının müəyyən edildiyini və bundan sonra ölkənin şimal bölgələrində xəbərdarlıq siqnallarının işə salındığını açıqlayıb.
Daha sonra İsrail ordusu Livanın müxtəlif bölgələrinə, o cümlədən paytaxt Beyruta hava hücumları başladığını bildirib.
Açıqlamada həm havadan, həm də dənizdən intensiv zərbələr endirildiyi və Livan ərazisində quru əməliyyatlarının genişləndirilməsi qərarının verildiyi qeyd olunub.
Piranə Xasiyeva
