Bu gün:

Pakistanda ABŞ konsulluğu qarşısında etiraz aksiyası keçirilib


Pakistanın Kəraçi şəhərində ABŞ konsulluğunun qarşısında etiraz aksiyası zamanı gərginlik yaşanıb. Yerli mənbələrin məlumatına görə, bir qrup etirazçı diplomatik nümayəndəliyin binasına doğru irəliləyərək əraziyə daxil olmağa cəhd göstərib.

ABŞ konsulluğu qarşısında təhlükəsizlik qüvvələrinin havaya atəş açdığı görüntülər

24media.az Reuters-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına almaq üçün xəbərdarlıq atəşi açıblar. Rəsmi qurumlar bildiriblər ki, edilən atəşin məqsədi izdihamın qarşısını almaq olub.


İlkin məlumatlara əsasən, hadisə zamanı xəsarət alanlar barədə hələlik rəsmi təsdiq yoxdur. Konsulluğun ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub.


Pakistan rəsmiləri insidentlə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. ABŞ tərəfi isə diplomatik nümayəndəliyin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi üçün yerli hakimiyyət orqanları ilə sıx əlaqədə olduqlarını bildirib.


Hazırda vəziyyət nəzarət altında olsa da, bölgədə gərginlik davam edir. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.



Şehrin Musayeva

Paylaş
Şərh əlavə et