Bu gün:

Bizi üşüdən 5 amil


Bəzən, insanlar hər hansı bir səbəbdən dolayı və ya güclü soyuqdəymə zamanı üşüyür, ya da titrəyirlər. Anemiyadan qan-damar xəstəliklərinə qədər daimi və bezdirici soyuqluğun bir çox səbəbi olsa da, ilk beşlik Türkiyəli  Dr. Osman Müftüoğlu tərəfindən açıqlanıb:


1- Qan azlığı: Hər növ qan azlığı, xüsusən də, dəmir çatışmazlığı anemiyası təkcə bizi üşütmür; Sizi yorğun, ləng və istəksiz edir, ürək döyüntüsü, unutqanlıq, iştahsızlıq və bir çox başqa problemlərə səbəb olur.


2- Hipotieriya: Qalxanabənzər vəzinin bu və ya digər səbəbdən kifayət qədər tiroid hormonu istehsal edə bilmədiyi hallarda üşütmə əsas əlamətlərdən biridir. Tez-tez quru dəri, qəbizlik, unutqanlıq, yuxululuq və tükənmə ilə müşayiət olunur.


3- Neyropatiya: Şəkər xəstəliyi və ya vitamin və mineral çatışmazlığı (B12, fol turşusu, vitamin D, B6, maqnezium, dəmir çatışmazlığı) nəticəsində hər növ neyropatiya, xüsusilə, əllərdə və ayaqlarda soyuqluğa səbəb ola bilər.


4- Damar Xəstəlikləri: Ayaq və ya qol damarlarında daralma qan dövranına maneə törədəcək ölçülərə çatdıqda soyuqluq problemi yarana bilər.


5- HİPOQLİSEMİYA: Qan şəkərində xroniki azalmalar da tez-tez göz ardı edilən və özünü üşütmə ilə ifadə etməyə çalışan məkrli bir sağlamlıq problemidir.

Mənbə: CNN Türk

Tərcümə etdi:  Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et