İnsanlar yaşadıqları və işlədikləri yerlərdə kiçik bir çiçək, quru yarpaq və ya bəzədilmiş şam qozası ilə təbiət həsrətini qarşılamaq, yanlarında təbiətdən bir parça daşımaq istəyirlər. Bütün günü qapalı şəraitdə işləmək insanı təbiətə həsrət qoyur. Evlərin mənzillərə tıxac olması, alış-verişin qapalı ticarət mərkəzlərində aparılması, əslində, çağımızın adamlarını sıxır. Bu səbəblə bitkilər və çiçəklər insanların sevimliləri arasındadır. Saysız-hesabsız gözəl çiçəklər getdikcə daha çox insanların diqqətini cəlb edir. Belə çiçəklərdən biri də orxideyadır. Orxideya latınca "orchidaeceae" sözündən götürülüb, çox gözəl və ətirli bir çiçəkdir.

Ağ orxideyanın mənası nə deməkdir?
Orxideya çiçəyinin mənsub olduğu "Orchidaceae" və ya salepgiller qulançar dəstəsinə aid olan ailəyə daxildir. Asteraceae ilə birlikdə iki ən böyük çiçəkli ailədən biridir. Məlumdur ki, bütün dünyada orxideyanın təxminən 764 cinsi və qəbul edilən 28 000-ə yaxın növü var. Məlumdur ki, orxideya çiçəyi tropik ərazilərdə daha çox yayılıb və soyuq, mülayim iqlimlərdə daha az növə sahibdir. Orxideya xoş qoxusu və zərif görünüşü ilə çox məşhur bir çiçəkdir.
Orxideya çiçəyi toylarda istifadə olunan əvəzolunmaz çiçəklərdən biridir. Diqqət çəkən və bəzəkdə bəyənilən orxideyaya gəlin çiçəyi kimi istifadəyə də üstünlük verilir. Orxideya gözəl qoxusu və zərif görünüşü ilə buketlərdə geniş şəkildə seçilir. Kokteyl, açılış, ad günlərində, evlilik ildönümü şənliklərində olduğu kimi, orxideya çiçəyi həmişə əsas küncdə yerini alır.
Qədim dövrlərdən bəri çiçəklərin mənaları ilə bağlı müxtəlif araşdırmalar aparılmışdır. Osmanlı imperiyasında çiçəklərin mənaları haqqında yazılmış əsərlər günümüzə qədər gəlib çatmışdır. Orxideya çiçəyi ümumi mənasında “qürur, məğrur, nəciblik” kimi mənaları ehtiva edir.
Ağ orxideya çiçəyi nəyi simvollaşdırır?
Orxideya çiçəyi daha çox Tayland, Çin və Sinqapurda yetişdirilir. Orxideya çiçəyinin mənaları rənglərinə görə dəyişir:
Çox müxtəlif rənglərə malik olan orxideya çiçəyi “zadəganlığı” simvollaşdırır. Orxideya çiçəyinin mənası "sevgi, xoşbəxtlik" deməkdir.
Ağ orxideya çiçəyi isə "məsumluğu və zərifliyi" simvollaşdırır və orxideya növləri arasında ən çox sevilən və üstünlük verilən çiçəklərdən biridir.
Mənbə: Hürriyet
Tərcümə etdi: Fatimə Mustafayeva
