Bu gün:

Asan kek


Günorta çayının vazkeçilməz ləzzətlərindən biri və şirin böhranı basdırmaq üçün ağıla gələn ilk ləzzətlərdən biri olan kekin hazırlanması çox asandır. Beləliklə, kek necə hazırlanır, kekin tərkibi nədir?

Hazırlanması üçün inqrediyentlər

3 yumurta

1 stəkan  şəkər

1 stəkan su, yaxud süd

Yarım stəkan yağ

2,5 stəkan un

1 paket qabartma tozu

1 paket vanil

İstəyə görə limon qabığı və ya qoz ləpəsi

Asan kek necə hazırlanır?

Yumurta və şəkər tozunu krem halına gələnə qədər mikserlə çalın. Süd, yağ və sürtgəcdən keçirilmiş limon qabığı və ya qoz əlavə etdikdən sonra bir qədər çırpmağa davam edin. Növbəti mərhələdə hazırladığınız qarışığa un, qabartma tozu və vanili əlavə edin. Bütün inqrediyentləri mikserlə qarışdırmağa davam edin. Muffin qabının və ya nimçənin altını kərə yağı ilə yağlayın. Hazırladığınız məhlulu tökün və spatula ilə düzəldin. Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə təxminən 40-45 dəqiqə bişirin. Nəhayət, kekinizi dincəldikdən sonra zövqünüzə uyğun bəzəyə bilərsiniz.

Mənbə:hürriyet.com.tr

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et