
Hər kəsin öz dəbi var, lakin biz fərqli olmaq üçün istər-istəməz moda meyillərini dəstəkləyirik. Moda, əslində, həyatın özüdür. Evinizdəki xalçalardan eynəklərinizə, elektron cihazlardan getdiyiniz kinoteatra qədər hər şey indiki və ya keçmiş dəbin təzahürüdür. Əslində, gözdən qaçırılmaması lazım olan dəb hər kəsə xasdır. Beləliklə, hər kəsin tərzi öz dəbidir. İstilik, qorunma, qidalanma və yuxu üçün modaya ehtiyacımız yoxdur, amma fərqli olmaq üçün biz hər cür dəbi izləyirik. Moda, müəyyən dövrlərdə bir cəmiyyətdə ortaya çıxan geyim üslublarına da aid edilə bilər. Dəbli rənglər və naxışlar, yay, payız və qış dəbi... Bu il hansı rəng dəbdədirsə, paltarın ipliyində və parçasında o rəng dəbdə olacaq. Moda ehtiyacdan deyil, fərqli olmaq istəyindən yaranıb. Yəni yatmaq, qidalandırmaq, isinmək üçün dəbə ehtiyacımız yoxdur. Ən məşhur ziyarət yerləri, ən dəbli yeməkxanalar, sevgililər günü trendləri və ən çox seçilən avtomobillər kimi istifadə edilən və ehtiyac duyulan şeylər də dəbdə ola bilər.
Mənbə:Markacity
Tərcümə etdi:Sayad Qoşnalıyeva
