Bu gün:

Yuxuda ağlamaq gələcək həyatımıza necə təsir göstərir?


Ən çox görülən yuxulardan biri də yuxuda ağlamaqdır. Real həyatda ağlamağın ön plana çıxması ilə bağlı hadisələr ilə yanaşı, yuxuda ağlamağın bəzi mənaları da var. 

Yuxuda ağladığını görmək

Yuxuda ağladığını görmək, əksinə, real həyatda kədər və bəlalardan qurtulmaq deməkdir. Xüsusilə, yaxın gələcəkdə yaxşı inkişafların yaşanacağı xoşbəxt və dinc bir dövrə daxil olacağınıza işarədir. Xoş xəbər almaqla yanaşı, bu xəbərin əhəmiyyətli maddi və mənəvi faydaları olacağından bəhs edir. Həmçinin yuxu görənin bəzi xəyallarını gerçəkləşdirə biləcəyi bir vəziyyətə çatacağına işarə edir.


Yuxuda hömkür-hönkür ağlamaq

Yuxuda hönkür-hönkür ağlamaq sevinc və xoşbəxtliyin xəbərçisi kimi önə çıxır. Xüsusilə, xəyalpərəstin bütün arzu və istəklərinə çatacağına işarə edir. Onun bu dünyada bütün maddi və mənəvi problemlərindən xilas olacağına işarə edir. Xoşbəxt və gözəl bir həyata nail olacağınızı bildirir. 


Yuxuda hıçqıra-hıçqıra ağlamaq

Yuxuda hıçqıra-hıçqıra ağlamaq yuxu görənin əvvəlki cinayət və günahlarını xatırlayaraq peşman olacağına işarə edir. Həmçinin insanın çətin vəziyyətə düşə biləcəyinə, lakin tezliklə ondan qurtulacağına da işarə edir. İsrafdan ehtiyatlı olmaq lazım olduğuna dair xəbərdarlıq edən yuxulardan biridir.


Yuxuda birini qucaqlayaraq ağlamaq

Yuxuda qucaqlayaraq ağlamaq yuxu görənin real həyatda dəstəyə ehtiyacı olduğunu qeyd edir. Xüsusilə, həyatında baş verə biləcək bəzi bəla və problemlərə qarşı köməyə ehtiyac duyacağına işarə edir. Belə hallarda onun yaxın çevrəsindən dəstək ala biləcəyi qeyd edilir. Bu sayədə yaşadığı bir çox bəla və problemlərdən qurtula biləcək


Yuxuda sevincdən ağlamaq

Yuxuda sevincdən ağlamaq yuxu görənin yaxın gələcəkdə xoş xəbər alacağına yozulur. Həyatındakı çətinliklərin bitəcəyini və hər şeyin düzələcəyini söyləyir. Yuxu görənin ətrafında dürüst və etibarlı insanların olacağına işarə edir.


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et