Bu gün:

Sarı rəngin mənası nədir?


Narıncı və yaşılın əsas rəngi olan sarı, svetoforlarda, müxtəlif xəbərdarlıq lövhələrində, tekstil və dekorasiya kimi sahələrdə tez-tez istifadə olunur. Göy qurşağının yeddi rəngindən biri olan sarının 20-dən çox çalarları var. Sarı ədəbiyyatda, kinoda və təbiətdə fərqli şeyləri simvollaşdırır. Məsələn, ayədə sarı payızı və ağacların yarpaqlarının tökülməsini simvollaşdırır. Sarılıq ifadəsi buradan gəlir. Giallo italyanca sarı deməkdir və kino termini kimi istifadə olunur. Triller və detektiv filmlərə "giallo" deyilir. İtalyan rejissor Dario Argentonun da eyniadlı filmi var. 2009-cu ildə ekranlara çıxan və baş rollarda Adrian Brody və Emmanuelle Seignerin oynadığı film serial qatilin hekayəsindən bəhs edir. Sarı həm də günəşin rəngi olduğu üçün doğum, ümid, nikbinlik və yeni başlanğıcların simvoludur. Qızılın rəngi zənginliyi, təmtəraqlılığı təmsil edir. Sarı ən parlaq rənglərdən biri olduğu üçün psixologiyada həyəcan, xoşbəxtlik və ekstraversiyanı təmsil edir. Sarı rəng insana həm enerji, həm də ümid verir. Optimizmin rəngi olaraq təyin olunan sarı gələcəyə ümidlə baxmaq, nə olursa olsun optimist olmaq, həyatı doya doya paylaşmaq və yaşamaq deməkdir. Sarı insanları daha enerjili və pozitiv edir. Ağ ilə birlikdə ən açıq və ən parlaq rənglərdən biri olan sarı dəyişikliyi, yenilikləri və ümidi təmsil edir. Sarı bənövşəyi, qara və tünd qırmızı kimi tünd rənglərlə kontrast yaratmaq üçün bəzək və geyimdə istifadə olunur.

Mənbə:Posta.com.tr

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et