Bu gün:

Yuxuda adam öldürmək nələrə işarədir?


Yuxuda öldürmək və ya qətl törətmək xeyirli yuxuya yozulmur. Yuxu  yozanlar bunu yuxu görən insanın onu çox qəzəbləndirəcək hadisələrlə qarşılaşa biləcəyini bildirir. Qəzəb doğuran vəziyyətlər qarşısında mümkün qədər səbirli olmağı tövsiyə edirlər. 

Yuxuda adam öldürmək

Yuxuda adam öldürmək, başqa sözlə qətl törətmək, adətən, pis yuxulara daxildir. Yuxuda adam öldürmək insanın real həyatda çox qəzəbli olacağına işarədir. Bu yuxu yuxuda adam öldürən şəxsin sakit olmaq və əsəblərinə hakim olmalı vəziyyətlərlə qarşılaşacağı kimi simvolizə edir. Yuxuda adam öldürmək yuxu görən şəxsin səhv bir iş görəcəyinə işarədir.

Yuxuda cinayət törətmək

Yuxuda cinayət törətmək yuxu görənin həyatında bəzi çətinliklərlə üzləşəcəyinə işarə edir. Yuxu görən çətinliklər qarşısında səbirli olmalıdır. Bu dövrdə mənəviyyatına daha çox əhəmiyyət verə bilər. 

Yuxuda silahla adam öldürmək

Yuxuda silahla bir adamı öldürmək yuxu görənin bir problemlə qarşılaşacağına işarədir. Tanımadığı insanlar tərəfindən hədələnə bilər. Bu, ətrafınızdakılara da problem yarada bilər. Həmçinin yuxuda silahla adam öldürmək yardımla qısa zamanda bəlalardan qurtulmaq deməkdir. 

Yuxuda bıçaqla adam öldürmək

Yuxuda bir adamı bıçaqla öldürmək ictimai həyatınızda qarşılaşacağınız çətinliklərə işarə edir. İnsan sahib olduğu işlərdən bir az uzaq ola bilər. O, məqsədindən kənar hadisələrlə qarşılaşa bildiyi üçün həyatı istəmədiyi istiqamətdə gedə bilər. Yuxuda bıçaqla adam öldürmək haram yeməyə işarədir.

Yuxuda insanı qılıncla öldürmək

Yuxuda bir adamı qılıncla öldürmək bizlərə ötürülən xəbərdarlıqdır. Bu, yuxu görənin başına gələcək xəstəliklərə, müsibətlərə və maliyyə problemlərinə işarə edir. İnsan, bunun nəticəsində, bütün var-dövlətini itirə bilər. Sağlamlıq problemləri o qədər böyük ola bilər ki, onları həllini tapmaq mümkün olmaya bilər. Həm də yuxu görənin böyük borclara girməzdən əvvəl ehtiyatlı və diqqətli olması lazım olduğunu qeyd edilir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et