Bu gün:

Yaşıl rəngin mənası nədir?


Reklam, bəzək, tekstil və moda kimi sahələrdə ən çox istifadə edilən rənglər arasında yaşıldır. Göy qurşağının 7 rəngindən biri olan yaşıl sarı və mavinin qarışığından ibarətdir. Əski türkcə yazılan mətnlərdə işlənən “yaşıl” sözü 8-ci əsrdən etibarən işlədilir. Yaşıl təbiətlə eyniləşən bir rəng olduğundan insan psixologiyasına hər cəhətdən müsbət təsir edən rənglərdən biridir. Bu rəng bir çox sahələrdə qırmızının əksi olaraq istifadə olunur. Məsələn, nəqliyyatda qırmızı işıq “dayan”, yaşıl isə “sərbəst keçid” deməkdir. Rəqəmsal və analoq cihazlarda yaşıl işıq "yandırılır" və "işləyir" deməkdir. Qırmızı rəng cihazın söndürülmüş vəziyyətdə olduğunu göstərir. Yaşıl rəng, əsasən, canlanma, təravət, canlılıq, yenidən başlama və dinamikliyi təmsil edir. Bu rəng yalnız qırmızı deyil, həm də boz rəngin əksi kimi istifadə olunur. Boz betonu, binaları, nəqliyyatı, izdihamı və şəhəri, yaşıl rəng isə meşələrin, ağacların və təbiətin simvoludur. Bahar gələndə ağaclar çiçək açır, saralmış yarpaqlar yaşıl yarpaqlarla əvəzlənir. Yaşıl həm də gəncliyin və enerjili olmağın simvoludur.

Mənbə:Posta.com.tr

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et