Bu gün:

Ayn Dar qalasında gizli tunel


Diyarbəkirin Hazro rayonundakı Ayn Dar qalasında aşkar edilən gizli tunelin qalaya hücum zamanı qaçmaq və su mənbəyi kimi istifadə edildiyi ortaya çıxıb.

25 mart 2011-ci ildə Tarixi Kela Qaya Qəbirləri və Qəsəbəsi kimi qeydiyyata alınan və Hazro rayonunda birinci dərəcəli arxeoloji ərazi elan edilən Ayn Dar qalasında aşkar edilən gizli tuneldən qaçış və su mənbəyi kimi istifadə edildiyi məlum olub. 

DHA-nın xəbərinə görə, Assuriya və Akat dəmir dövrünə aid keramika və biri 2 ədəd monumental qaya məzarının olduğu qaladakı gizli tuneldə indiyə qədər 3-ü əyri olmaqla 70-ə yaxın pilləkən aşkar edilib. 

Dicle Universiteti İncəsənət və Dizayn Fakültəsi Dekanı Prof. Dr. Qalanın bölgə üçün çox əhəmiyyətli olduğunu dilə gətirən İrfan Yıldız: "Burada ən az 3 min il əvvəl bir yaşayış məskəni yaranıb. Ətrafda Dəmir dövrü keramikaları görünür. İçində olduğumuz yer qalanın gizli tuneli və ya bizim bildiyimiz su yolu  tunelidir",- deyə bildirib. 

Mənbə: Habertürk
 Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et