Prezident üsul-idarəsi ilə idarə olunan Cənubi Koreya İkinci Dünya Müharibəsindən sonra “Koreya” ölkəsindən doğulub. Cənubi Koreya 16 inzibati vahidi olan bir respublikadır. Cənubi Koreyanın pul vahidi nədir, hansı qitədədir, valyutası nədir, rəsmi dili nədir, əhalisi nə qədərdir suallarına cavab topladıq.

Cənubi Koreya bayrağının fonu ağ rəngdədir. Ortada yin-yang simvolu var. Hər küncdə səliqəli şəkildə yerləşdirilmiş möhkəm və kəsik xətlər var. Bayrağın ortası yin və yangı təmsil edərkən digərləri od, torpaq, odun və suyu bildirir. Cənubi Koreya bayrağı 1883-cü ildə Yaponiya səfirliyi tərəfindən hazırlanmışdır.
Cənubi Koreyanın əhalisi nə qədərdir?
Cənubi Koreyanın təxmini əhalisi 51,269,185 nəfərdir. Əhali qiymətləndirmələrində əhali artımının dünya ilə müqayisədə daha yavaş olduğu aşkar edilmişdir.
Cənubi Koreyanın paytaxtı nədir?
16 inzibati vahidlə idarə olunan Cənubi Koreyanın paytaxtı Seul şəhəridir. Seul həm torpaq, həm də əhali baxımından dünyanın ən böyük şəhərlərindən biridir. Busan şəhəri Cənubi Koreyanın ikinci ən əhəmiyyətli şəhəri və liman şəhəridir. Gwangju şəhəri idarəetmə və iqtisadiyyat baxımından inkişaf etmiş şəhərlərdən biridir.
Cənubi Koreyanın pul vahidi nədir?
Ölkədə istifadə olunan pul vahidi Cənubi Koreya Vonu adlanır. Koreya Bankının payladığı pul yüz Jeona bölünür.
Cənubi Koreyanın rəsmi dili nədir?
Cənubi Koreyanın rəsmi dili Koreya dilidir. Koreya dili həm oxumaq, həm də yazmaq baxımından Uzaq Şərq dilləri arasında ən asan dildir. Ölkədə ingilis dilində danışan təhsilli insanların nisbəti yüksəkdir. Demək olar ki, hər bir tələbə ingilis dilini öyrənir.
Mənbə: Miliyyet
Tərcümə etdi: Xədicə Qiyas
