Bu gün:

Daha əvvəl bu məlumatları eşitmişdinizmi?


Bu məlumatları ilk dəfə bizdən oxuyacaqsınız.

• Piza qülləsinin tikildiyi və tikintisi tamamlanmadan əyilməyə başlamasına səbəb olan yumşaq torpaq qülləni 4 fərqli zəlzələdən çıxartdı.

• Super Marionun oyunda davamlı olaraq yediyi göbələyə real həyatda "milçək agarik" deyilir. Bu göbələyi yediyiniz zaman mikropsiya deyilən bir proses yaşayırsınız. Bu prosesdə siz cisimləri olduğundan daha kiçik görməyə başlayırsınız və bu da sizi ətrafınızdakı obyektlərdən daha böyük kimi hiss etdirir.

• Dünya İqtisadi Depressiya zamanı bir iş adamı Florida ştatının kiçik Quincy qəsəbəsində yaşayan şəhər sakinlərini Coca-Cola-nın payını almağa razı saldı.
• Seattledakı Space Needle o qədər mükəmməl balanslaşdırılmışdır ki, 125 tonluq bir kütləni hərəkət etdirmək üçün yalnız 1,5 at gücü istifadə olunur.
• Dünyanın ikinci ən böyük kağız ixracatçısı olmasına baxmayaraq, İsveçin meşə biokütləsi hər il artır. 
• Amerika İnqilabı zamanı köləliyə məhkum edilmiş bir adam vətənə xəyanətdə mühakimə olundu və asılaraq edam edilməsinə qərar verildi.
• Bir almazın həqiqi olub olmadığını necə bilmək olar? Üzərinə üfürməklə, əlbəttə. Brilyantlar əla istilik keçiriciləridir.
• Bildiyimiz kimi Çarlz Darvin dünyada ofis kreslosuna təkər taxan ilk insan olub.
• Mexikoda Torre Mayor adlanan göydələn 8,5-ə qədər olan zəlzələlərə tab gətirmək üçün yaradılıb.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et