Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları baş tutub.

Kişilərin finalında Şəhriyar Məmmədyarov ilə Məhəmməd Muradlı arasında keçirilən ilk partiya heç-heçə ilə yekunlaşıb. Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyeva üzərində qələbə qazanıb. Üçüncü yer uğrunda qarşılaşmada Read Səmədov Aydın Süleymanlıya məğlub olub. Qadınlarda isə Türkan Məmmədyarova ilə Gülnar Məmmədova arasında oyun heç-heçə bitib.
Qeyd edək ki ,cavab görüşləri sabah keçiriləcək.
Talehə Hüseynzadə
