Bu gün:

Astronavt Vladimir Komarov kosmosdan düşərək dünyasını dəyişib


Vladimir Komarov “Soyuz I” gəmisini sınaqdan keçirmək üçün kosmosa çıxanda bir çox texniki problemlərlə üzləşib və sonda kosmik gəmiyə nəzarəti tamamilə itirib və kosmosdan çıxaraq yerə çırpılıb. Bu hadisədən sonra onun cansız bədəni belə qalmamışdı.

Qırıcı pilot və aviasiya mühəndisi Vladimir Komarov ilk kosmosa səyahətini 1964-cü ildə etmişdi. 
 İndi o, Sovet İttifaqının istehsalı olan “Soyuz I” kosmik gəmisini sınaqdan keçirəcəkdi. Bununla belə, kosmik gəmidə bəzi texniki problemlər var idi. Komarovdan sonra kosmosa göndərilən ikinci astronavt Yuri Qaqarin gəminin havaya qalxmasına mane olmağa çalışsa da, heç bir məmur ona qulaq asmamışdı.

1967-ci il aprelin 23-də “Soyuz” gəmisi buraxılanda Kamorovun 24 saat ərzində Yer kürəsini 16 dəfə dövr etməsi və sonra orbitə çıxaraq Yerə qayıtması planlaşdırılırdı. 


Astronavt dönüşləri tamamladı, lakin gəmini idarə etməkdə çətinlik çəkdi və raketin əyləclərini işə sala bilmədi. Gəminin geri qayıtması üçün Yer ətrafında daha iki səyahət lazım idi.


"Soyuz I" 23.000 fut hündürlüyə çatanda Komarovu sağ-salamat Yerə gətirəcək bir paraşüt işə salınmalı idi. Lakin dönmə zamanı xətlər qarışıb və ehtiyat paraşüt olmayıb. Komarov qapalı qaldığı kosmik gəminin içərisinə düşüb və ölüb.

 Astronavtdan yalnız  kömür parçasına bənzəyən yanmış cəsəd qalıb.


Moskvada Komarov üçün böyük matəm olub, onun külü Kreml divarında basdırılıb. Təəssüf ki, Komarovun həyat yoldaşına hadisələr barədə son ana qədər məlumat verilməyib.


 Təhlükələrə baxmayaraq, həm Sovet İttifaqı, həm də ABŞ kosmik tədqiqat proqramlarını davam etdirirdilər. ABŞ  SSRİ-dən cəmi iki il sonra Aya astronavt göndərdi. 


Mənbə: History and NPR
Tərcümə etdi: Aytən Nazim 
 

Paylaş
Şərh əlavə et