Bu gün:

“Jurnalistlər özlərini inkişaf etdirməlidirlər”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi media eksperti Zeynal Məmmədlidir. O, media sahəsində olan əskikliklərdən danışıb.

-Azərbaycan mediasında əskikliklər nələrdir ? 

Belə ki, maliyyə qaynağının şəffaf olmaması, peşəkar və etik tələblərlə bağlı ortaq davranışın yoxluğu əsas səbəblərdəndir. Digər tərəfdən isə peşəkarlığa önəm verilməməsi və təhsil səviyyəsinin aşkar yetərsizliyidir. Gənc jurnalistlər peşəkar olmaq üçün özlərini inkişaf etdirməlidirlər.

Oxu: “Gənc jurnalistlərə peşəkar olmaq üçün medianın fəlsəfəsini anlamağı məsləhət görərdim”“1 sual, 1 cavab”

24Media.az qeyd edir ki, Azərbaycan mediası Azərbaycan Respublikasında yerləşən kütləvi informasiya vasitələrinə istinad edir. Televiziya, jurnal və qəzetlərin hamısı həm dövlət, həm kommersiya, həm də reklam, abunə və satışla əlaqəli digər gəlirlərdən asılı olan şirkətlər tərəfindən idarə olunur. Azərbaycan Konstitusiyası söz azadlığına zəmanət verir. Azərbaycan Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığına həsr olunub, hər kəsin öz fikirlərini sərbəst ifadə etmək hüququna malik olduğu bildirilir.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et