Bu gün:

Audrey Hepburn kimdir?


Audrey Hepbern 4 may 1929-cu ildə doğulub, 20 yanvar 1993-cü ildə dünyasını dəyişib. İngilis-Hollandiyalı kino aktrisası və xeyriyyəçi idi. Hollivud ulduzu və moda ikonu.


O, Brüssel bölgəsi, Belçikanın İxelles şəhərində anadan olub. Anası holland baronessa, atası isə zəngin ingilis bankiri idi. Audrey bir yaşında olanda valideynləri boşandı və Audrey anası ilə qaldığı üçün atasını bir daha görmədi. Onun 10 yaşı olanda anası başqa kişi ilə evlənir və Hepbern yeni atası ilə birlikdə nasistlərin işğalı altında olan Hollandiyaya köçmək məcburiyyətində qalır. Burada uşaqlığı çox çətin keçən Hepburnun kinoya böyük marağı olub və aktrisa olmaq arzusunda olub. Müharibə bitdikdən sonra o, Londona gedib balet məktəbinə yazılır və bir müddət sonra modellik etməyə başlayır.

Aktrisa olmaq üçün İngiltərəyə gedən Hepbern ilk filmi "Young wives tale" - "Gənc arvadların nağılı" (1951) filmində oynayanda 22 yaşında idi. Bu ilk filmində gözəlliyi və zərifliyi ilə hər kəsin diqqətini çəkən Hepburn sürətlə inkişaf yoluna keçdi. Hepburn "Monte Carlo baby" - "Monte Karlo körpəsi", "Lavander hill mob" - "Lavanda təpə dəstəsi" və "Secret people" - "Gizli insanlar" kimi filmlərdə rol aldıqdan sonra 1952-ci ildə "Roman holiday" - "Roma tətili" ilə böyük uğur qazanıb. Onun "Roma tətili" filmində şahzadə obrazı Hepburnun ilk baş rolu olub və Qreqori Peklə birgə oynadığı rola görə Ən Yaxşı Aktrisa adlı mükafatını qazanıb. Bu mükafat onu birdən-birə ulduz etdi və Hepburn sürətini itirmədən bir-birinin ardınca uğurlu prodakşnlarda iştirak etdi.

1954-cü ildə məşhur rejissor Billy Wilder-in "Sabrina" filmində məşhur aktyor Humphrey Bogart ilə birlikdə rol alan gözəl ulduz bu filmə görə Oskar nominasiyası qazandı. Daha sonra Hepburn "War and peace" - "Müharibə və Sülh", "Funny face" - "Gülməli üz", "Love in afternoon" - "Günortadan sonra sevgi", "Green mansions" - "Yaşıl malikanələr" və "The unforgiven" - "Bağışlanmayan" kimi filmlərdə rol alıb. 1957-ci ildə Billy Wilder yaxşı bir sevgi filmi olan "Günortadan sonra" sevgi filmində Gary Cooper rolunu oynadı. Karyerasının bu hissəsində dövrün ən məşhur rejissorları və aktyorları ilə işləyən Hepburn birlikdə işlədiyi hər kəsi valeh edirdi. O, təkcə gözəl və istedadlı aktrisa deyil, həm də zərif bir xanım idi. Gözəl ulduz daha sonra "My Fair Lady", "Breakfast at Tiffany" və "Wait Up Tiff" filmləri ilə böyük uğur qazanıb. O, 1962-ci ildə "Tiffany's-də səhər yeməyi" filmində Corc Peppard ilə birgə rol alıb və usta rejissor Bleyk Edvardsın prodüseri olan filmdir. Buradakı qarışıq duyğular canlı qadının daxili dünyasını oynayır.

Bu uğurlu aktyorluq karyerası ilə yanaşı, Audrey Hepburn da bir çox ulduz aktrisalar kimi şəxsi həyatı ilə də daim gündəm olub. Həm William Holden ilə yaşadığı fırtınalı sevgi, həm də Mel Ferrer ilə problemli evliliyi bütün dünya tərəfindən yaxından izlənildi. Hepburnun adı Mel Ferrerdən Sean və Dr. Andrea Dotti ilə Luka adlı iki övladı var.


Audrey Hepburn 1990-cı ildə aktyorluğu dayandırdı və yalnız çox xüsusi layihələrdə göründü. Audrey Hepburn 20 yanvar 1993-cü ildə İsveçrədə bağırsaq xərçəngindən vəfat edəndə 63 yaşında idi. Hepburnun məzarı hazırda İsveçrədə yerləşir.

Audrey Hepburn aktyorluq karyerası boyunca çoxsaylı mükafatlar qazanıb. 1954-cü ildə "Roma tətili" filmində qazandığı Oskardan əlavə, 4 dəfə "Ən Yaxşı Qadın Oyunçu" nominasiyasına namizəd olub. Bundan əlavə, Britaniya film akademiyasının BAFTA mükafatlarına Hepburn iki dəfə mükafata namizəd olub. Həm də Hepburnun iki Qızıl Qlobus Mükafatı var.

Filmoqrafiya (Seçmə):

"Roman holiday" – "Roma tətili" (1953)

"Sabrina" (1954)

"Breakfast at Tiffany's" – (Çılğınların kraliçası) (Tiffanydə səhər yeməyi) (1961)

"War and peace" – "Müharibə və sülh" (1956)

"My fair lady" – "Mənim şirin, gözəl mələyim" (1964)

 "The unforgiven"- "Bağışlanmayan" (1960)

Mənbə: Haberler 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et