Ağaclar bir çox xüsusiyyətləri ilə insanın dostu olma xüsusiyyətinə malikdir. Ancaq digər ağaclardan fərqli olaraq, çörək ağacı, hətta dünyada aclıq problemlərinə də çarə ola bilər. Meyvəsi ilə son dərəcə əhəmiyyətlidir. Sakit okeanın cənubunda ən gözəl ağac olan çörək ağacına “həyat ağacı” da deyirlər. Bəlkə də, insanları qidalandırmaq qabiliyyətinə görə bu adı almışdır.

Çörək ağacı nədir?
Çörək ağacının 10-dan çox meyvə növü var. Bu meyvələr bir qədər oval və top şəklindədir. Bu ağac, xüsusilə, Cənub-Şərqi Asiya və Sakit okean adalarında boldur. Tut fəsiləsindən olan bu ağac uzun illər əvvələ gedib çıxan ağac növüdür. Təxminən 3000 il əvvəl becərildiyi güman edilir. Meyvələrinin dadı kartofu xatırladır və çeynəmək olar. Ancaq qızartma və ya çörək bişirməkdə də istifadə olunur. Bu proseslər həyata keçirildikdə bişmiş çörəyin iyi gəldiyi üçün çörək ağacı adlanır.

Çörək ağacı harada böyüyür?
Çörək ağacının böyüdüyü orijinal torpaq Hind okeanı kimi tanınır. Tut fəsiləsinə aid olan bu ağac tropiklərdə əkilir. Bitkinin meyvəsinin qida kimi istifadəsi kifayət qədər güclüdür. Tərkibində çoxlu nişasta var. Becərildiyi torpaqlarda bol istifadə olunur. Hindistandan başqa Malayziya, Antil adaları və İndoneziyada yayılmış ağac növüdür.Türkiyədə Aralıq dənizi bölgəsində böyüdülmək üçün uyğun ola bilər. Yağış dərəcəsi və temperaturun miqdarı düzgün tənzimləndiyi müddətcə hər yerdə böyüyə bilən ağac növüdür. Quru dövrlərdə çörək ağacı suvarılmalıdır. Həddindən artıq quraqlıq dövründə çörək ağacı ölür.
Çörək ağacının ilk kəşfi 18-ci əsrə təsadüf edir. O, kapitan tərəfindən qullar üçün ucuz və yüksək enerjili yemək axtararkən aşkar edilib. Onun ilk kəşfi Karib dənizində olub. O vaxtdan bəri istifadə edilən bir meyvədir.
Çörək ağacı necə böyüyür?
Çörək ağacının bitdiyi yerlər tropik iqlimi olan bölgələrdir. Çörək ağacının böyüməsi üçün istiliyə və suya ehtiyacı var. Soyuq havaya davamlı ağac deyil. Temperatur il boyu davamlı olaraq yüksək olmalıdır. Ağac şaxtaya çox həssasdır. Yağıntının miqdarı mütənasib olmalı və temperatur yüksək olmalıdır. Dəniz səviyyəsindən 700 metr hündürlükdə və daha yüksək yerlər böyüdülmək üçün daha ideal yerlərdir.
Çörək ağacına necə qulluq etmək olar?
Çörək ağacının yetişdiriləcəyi mühitlər tropik iqlim olmalıdır. Torpağın strukturunun möhkəmliyi mühüm meyardır. Torpağın pH dəyərlərinə diqqət yetirilməlidir. Yetişdirilməsi lazım olan xüsusi torpaq növü yoxdur. Suvarma vacibdir.

Çörək ağacının xüsusiyyətləri
Çörək ağacının meyvələri uzun illərdir istifadə olunur. Əslində, uzun illər ekspedisiyada olan gəmilər çörək ağaclarını özləri ilə yemək kimi aparıblar. İngilislər bu yeməyi kəşf etdikdən sonra bütün dünyaya yayıldı. Çox qidalı olması yeməyin cəlbediciliyini artırır. Hindistan və Malayziya kimi bölgələrdə tanınmış ağac növüdür.
1768-ci ildə məşhur İngilis kapitanı Ceyms Kuk kəşf etdiyi bir qidadır. Ağacın ən əhəmiyyətli xüsusiyyəti çox baxım tələb etməməsidir. Bundan əlavə, ağac çox tez böyüyə bilər. Onun meyvələri kifayət qədər kalorilidir.
Çörək meyvəsinin faydaları
Çörək meyvəsinə Sakit okeanın cənubunda hər yerdə rast gəlmək olar. Qidalanma dəyəri çox yüksək olan bu qidanın sağlamlıq baxımından bir çox əhəmiyyəti var. Onun forması top və oval forma arasındadır. Birdən çox növü olan bir məhsuldur. Xarici hissəsi kobuddur və yaşıl qabıqdan ibarətdir. Daxili hissəsi lif və nişasta ilə zəngindir. Bu ağacın yetişmiş meyvələrini bişirməklə də yemək olar.
Çörək ağacının meyvələri təkcə qida kimi yeyilmir. Ağacın gövdəsindən ev və ya kano tikmək olar. Bundan əlavə, qabıqdan toxuculuqda istifadə olunur. Bu baxımdan, bir çox istifadəsi olan bir ağac növüdür. Ağacın təkcə meyvəsi deyil, təzə yarpaqları da yeyilir.
Meyvənin dadı kartof və pudinq arasında fərqli bir dad verir. Meyvəni müxtəlif yollarla yemək mümkündür. Qızartmaq olar. Salat və ya dondurma şəklində də yeyilə bilər. Meyvəsi üyüdülür və çörək hazırlamaq üçün istifadə olunur. Bu ağacın meyvəsi dünyanın aclıq probleminə həll yolu kimi təklif etmək olar. Sağlamlığa bir çox faydası da məlumdur. Üstünlüklər bunlardır:
-Ürək-damar sisteminin daha sağlam işləməsinə kömək edir.
Onun antioksidant quruluşu kifayət qədər yüksəkdir. Antioksidantlar hüceyrələri sağlam saxlamağa kömək edir. Xarici amillərə qarşı müdafiə yaradır.
-Xolesterol səviyyəsini azaltmağa kömək edir. Beləliklə, yüksək xolesterol nisbətini aşağı salır.
-Stressi tarazlamağa kömək edir.
Liflə zəngin qidadır. Bağırsaq sisteminin daha yaxşı işləməsini təmin edir. Pəhriz proqramları üçün də çox faydalıdır.
- İmmunitet sisteminin daha sağlam və güclü olmasına kömək edir.
- Xərçənglə mübarizədə orqanizmə kömək edir.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Nuran Əhmədzadə
