Bu gün:

Türkiyənin ilk şəhid hərbi pilotu - Çingiz Topel


1964-cü ildə Türk Hərbi Hava Qüvvələrinin Kiprdə etdiyi xəbərdarlıq uçuşunda təyyarəsi vurulan və paraşütlə atıldıqdan sonra Kipr Rum bölgəsində əsir düşərək şəhid olan pilot kapitan Çingiz Topelin adı Türkiyənin hər yerində - parklarda, küçələrdə prospektlərində yaşadılır.

Tütün mütəxəssisləri Hakkı Topel və Mebuse Topelin oğlu Çingiz Topel 2 sentyabr 1934-cü ildə atasının işlədiyi İzmir şəhərində anadan olub.

İbtidai məktəbə Bandırmada başlayan və Gönendə davam edən Topel atasını itirdikdən sonra ailəsi ilə birlikdə Kadıköydə məskunlaşıb. İbtidai və orta təhsilini Yeldeğirmeni məktəbində başa vuran Topel Haydarpaşa liseyinə gedib. Daha sonra Topel Kuleli Hərbi liseyində oxuyub və 1953-cü ildə burada məzun olub. Çingiz Topel 1955-ci ildə Türkiyə Hərbi Akademiyasını bitirib və leytenant rütbəsi ilə Türkiyə Silahlı Qüvvələrinə daxil olub.

Kanadaya pilotluq təhsili üçün göndərilən Topel Kanadadakı təhsilini müvəffəqiyyətlə başa vuraraq 1957-ci ildə Türkiyəyə qayıdıb və Merzifon 5-ci Əsas Jet Baza komandanlığında işə başlayıb. Topel 1961-ci ildə Əskişəhər 1-ci Hava Əsas Reaktiv Bazasına təyin edilib və 1963-cü ildə kapitan rütbəsinə yüksəlib.

Son radio danışıqları

Yunan tərəfinin Kiprdə türklərə qarşı törətdiyi cinayətlərin qarşısını almaq üçün türk təyyarələrinin Kipr üzərində xəbərdarlıq uçuşu həyata keçirməsinə qərar verildikdən sonra pilot kapitan Çingiz Topel 8 avqust 1964-cü ildə Əskişəhərdən komandir olaraq Kiprə göndərildi.

Kapitan Çingiz Topel, baş leytenant İzzet Öztarhan, kapitan Mehmet Konedralı və baş leytenant Ethem Sancar isə döyüş gəmilərinin ikinci hücum qolunda dörd reaktiv təyyarədə olublar. Komandan kapitan Çingiz Topel idi. Topelin F100F reaktiv təyyarəsi ikinci dalışa hazırlaşarkən vurulub və yerə çırpılıb. 


Son məlum radio danışıqları belə idi:

-Çingiz kapitan, təyyarənizdən tüstü qalxır, tullanın. (baş leytenant Öztarhan)

- Kapitan, yanırsan, tullan. (baş leytenant Öztarhan)

- Tullandı. (Kapitan Konedra)

- Onun paraşütü açıldı. (baş leytenant Öztarhan)

Paraşütlə tullanmada uğur qazanan Topel Yunanıstanın Peristeronori kəndi yaxınlığında yerə endi, lakin Kipr yunan qüvvələri tərəfindən əsir götürülüb.

Əsir götürülən Topelin beynəlxalq müharibə hüququnun əsirləri əhatə edən maddələrinə zidd olaraq həyata keçirilən işgəncələr nəticəsində öldürüldüyü bildirilib. Kipr Rum tərəfi Topelin yaralı halda tutulduğunu və xəstəxanada müalicə olunduqdan sonra öldüyünü bildirdi. 

Kiprdə ilk türk hava döyüşü şəhidi Çingiz Topelin cənazəsi çoxsaylı səylər nəticəsində, 12 avqust 1964-cü ildə rumlardan alınıb. 

Dəfn mərasimi Kipr, Adana, Ankara və İstanbulda keçirilib. Pilot kapitan Çingiz Topelin cənazəsi Kipr, Adana, Ankara və İstanbulda keçirilən mərasimlərdən sonra 14 avqust 1964-cü ildə Ədirnekapıdakı Sakızağacı Hava Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Mənbə: Anadolu ajansı 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et