
Bu günə qədər çoxumuz yolumuzu azmışıq. Belə hallarda ətrafımızda bizə yol göstərəcək hər hansı quruluş yaxud obyekt axtarırıq və ona uyğun gedəcəyimiz yolu müəyyən etməyə çalışırıq. Ancaq bizim baxış sahəmizdə belə bir istinad nöqtəsi olmasa, yolumuzu tapmaqda çətinlik çəkəcəyik.
Eyni şey gözlərimizi yumanda da belədir. Məsələn, kimsə sizdən gözlərinizi yumub düz getməyinizi xahiş edərsə, özünüzü gözlənilməz vəziyyətdə tapa bilərsiniz.
Mövzu ilə bağlı bu günə qədər aparılan araşdırmalar gözləri bağlı olaraq düz getdiyini zənn edənlərin, əslində, dairəvi hərəkət etdiklərini göstərmişdir. Bəzi tədqiqatçılar bunun səbəbinin hər addımda "düz" tərifimizə dair koqnitiv qavrayışımızda bir sapma olması və biz irəlilədikcə bu sapmaların toplanaraq hərəkət etdiyimiz xəttin tədricən əyriləşməsinə səbəb olması ilə əlaqəli olduğunu düşünürlər.
Bədənimizdəki bu sapmaya hansı mexanizmin səbəb olduğu dəqiq bilinmir, lakin mütəxəssislər fəza qavrayış və tarazlıq bacarıqlarımızı idarə edən vestibulyar sistemi ilə bədənimiz və hissələrinin (məsələn, qollar, ayaqlar, başlar), mövqeyimizi anlamağa kömək edən proprioseptif sistemi birlikdə işləyir və bu bizə mövqeyimizi müntəzəm olaraq yeniləməyə imkan verir. Vizual siqnallar olmadıqda daxili qulaqdakı vestibulyar sistemin uğursuz olduğu düşünülür, bu da bizi mövqeyimizlə bağlı yanlış yönləndirir.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
