Bu gün:

BƏƏ və Dubay Palatası Bakıda əməkdaşlığı müzakirə edib


Birləşmiş Ərəb Əmirlikləri və Dubay Ticarət Palatasının nümayəndələri Bakıda Azərbaycanla investisiya və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüş zamanı iqtisadi əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

24media.az Report-a istinadən xəbər verir ki, BƏƏ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edən Bədriyyə Əl Şehhi Dubay Ticarət Palatasının ölkəmizdəki nümayəndəsi Sənan Nəsibli ilə görüş keçirib. Tərəflər iki ölkə arasında birgə investisiya layihələrinin və ticarət əməkdaşlığının gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə iqtisadi sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün daimi və səmərəli dialoqun vacibliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, bu cür təmaslar Azərbaycan–BƏƏ münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et