Demək olar ki, hamımız ağarmış şokolad görmüşük. Bəs şokoladdakı o ağlıq nədir?
Şokoladın səthində əmələ gələn ağ örtük çiçək adlanır. Kulinariya Təhsili İnstitutunun yaradıcı direktoru Maykl Laiskonis deyir ki, ağ ləkələrin görünüşü iştah açan görünmür. Bəziləri bunun kif forması olduğunu düşünə bilər. Bu cür şokoladı yemək tamamilə təhlükəsizdir.
Şokolad çiçəklərinin iki növü var. Biri şəkər çiçəyi, digəri isə yağ çiçəyidir. Hər ikisini yemək təhlükəsizdir. Ancaq unutmayın ki, bu ağlar şokoladın görünüşünə, teksturasına və dadına təsir göstərir.
Şokoladın ağarmasının qarşısını necə almaq olar?
Şokolad ağarmasının qarşısını almağın ən yaxşı yolu onu sabit və münasib temperaturda, nəmdən uzaq saxlamaqdır. Əlbəttə, şokoladın sizə çatmadan necə saxlandığını idarə edə bilməzsiniz, ancaq evə çatanda onu hava keçirməyən qabda sərin, quru yerdə saxlamalısınız.
Şokoladın saxlanma şəraiti necə olmalıdır?
Şokoladın saxlanması üçün ideal temperatur 18°C ilə 20°C arasındadır. Eviniz 21°C-dən çox istidirsə, şokoladı soyuducuya qoymalısınız. Soyuducunun rütubəti konfetin şirinləşməsinə səbəb olur. Buna görə də şokoladı çox yaxşı bükməyi unutmayın. Əgər şokoladı dondurucuda saxlayırsınızsa, əriməsi üçün soyuducuya qoyun. Yeməzdən əəvvəl temperatur və rütubətin sürətlə dəyişməməsi üçün otaq temperaturunda saxlayın.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə ismayılova
