Bu gün:

Azərbaycanın Türkiyədən paxlalı idxalı 9,5 % azalıb


Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 10,675 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onların məhsullarını idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % azalma deməkdir.

24media.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, eyni dövrdə Türkiyənin həmin məhsullar üzrə ümumi ixracı isə 9,3 % azalaraq 929 milyon ABŞ dollarına düşüb.

Türkiyədən idxal edən ölkələr arasında İraq 109 milyon dollar ilə ön sıradadır (illik müqayisədə 34,3 % azalma), ABŞ 62,386 milyon dollar (10 % artım), Suriya isə 54,481 milyon dollar (2,8 % azalma) dəyərində məhsul alıb.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et