Bu gün:

İsti havalarda necə asan yatmaq olar?


İstidən yata bilməmək, bəlkə də, yay aylarının ən böyük problemidir. İstidən qorunmağın müxtəlif üsulları var. Əgər istidən yata bilməyənlərdənsinizsə, bu məsləhətlər sizin üçün faydalı ola bilər.

İsti havada yatmazdan əvvəl etməli olduğunuz və etməməli olduğunuz bəzi şeylər var. Daha rahat yuxuya getmək üçün tətbiq edilməli olan üsullar bunlardır:

Pərdələri çəkin

Əgər yataq otağınıza günəş işığı düşməsə, yatdığınız yer sərin qalacaq. Səhər pərdələri çəkin və yatana qədər açmayın. Bir çox insanlar xarici işığın qarşısını almaq üçün nəzərdə tutulmuş qarantlı pərdələrdən istifadə edir. Bu pərdələr, xüsusilə, yayda yataq otağını sərin saxlayır. Temperatur aşağı düşəndə isə soyuqdan qoruyur.

Yuxuya yaxın idmanla məşğul olmayın

Gün ərzində orta dərəcədə məşq etmək yuxu üçün çox faydalı ola bilər. Çünki enerji sərf edirsiniz. Axşam daha yorğun hiss etdiyiniz üçün yuxunuz ağır olur. Ancaq yatana yaxın idman etmək bədən istiliyinin yüksəlməsinə səbəb ola bilər. Bu isə yuxuya getməyinizi çətinləşdirə bilər.

İsti duş qəbul edin

İsti bir gecədə isti vannada dayanmaq əyləncəli görünməsə də, yatmazdan əvvəl sərinləməyə kömək edə bilər. İsti vannalar yalnız yatmazdan əvvəl çox faydalıdır. Hamamdan çıxdıqdan sonra vücud daha sərin bir mühitə uyğunlaşdıqca bədən istiliyi aşağı düşür. 

Doğru döşək və yastığa investisiya qoyun

Qalın materialdan hazırlanmış döşəklər bədən istiliyini tutmağa meyillidirlər. Bu həddindən artıq istiləşməyə səbəb olur. Digər döşəklər havalandırılan lateks və içəridə hava dövranını təmin edən açıq rulon sistemləri kimi komponentlər sayəsində daha sərin yatmağınıza kömək edəcək. Soyuducu yastıqlar da eyni təsirə malikdir.

Təbiətdən əl çəkməyin

Pambıq, kətan kimi təbii liflərdən hazırlanmış çarşaflar, yastıq üzlükləri polyester və digər sintetik parçalardan daha yaxşıdır. Çünki bu parçalar doğru "nəfəs alma" təmin edir. Bəzi insanlar bambuk kimi bitki mənşəli parçalardan hazırlanmış çarpayıların da soyutma təmin etdiyini görürlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş