Bu gün:

10 sərin yay əşyası


İstidən boğulduğumuz günlərdə sərinləmək üçün müxtəlif üsullardan istifadə edirik. Bu üsullardan biri də sərin geyimlər geyinməkdir.

Boş paltarlar

Maksimum boş paltarlar yay üçün əvəzolunmazdır. Boş geyimlər istidə rahat ola biləcəyiniz yay fəslinin ən praktik və asan geyinilən parçalarından biridir. Nazik pambıq, poplin parçalar istilərdən qorunmaq üçün idealdır.

İncə pambıq köynəklər

İncə pambıq köynəklər yayda əldə olması lazım olan parça siyahısının başındadır. Hətta bu köynəkləri üst-üstə geyinməklə fərqli bir atmosfer də tuta bilərsiniz.

Qısa bluzlar

"Crop top", yəni qısa koftalar isti ilə mübarizə baxımından sizə çox kömək edəcək. Qısa bluzları cırılmış cins şalvar, uzun ətəklər və ya yüksək bel şortlarla tamamlaya bilərsiniz.

Sərin parça şort

Şortlar yayın ən sərin geyimlərimdən biridir. Xüsusilə, bu yay cins parçalardan tutmuş “pijama” dediyimiz naxışlı modellərə, minidən bermuda kəsiklərinə qədər bir çox modelləri qarderobunuza daxil edə bilərsiniz.

Kətan köynəklər

Kətan və pambıq parçalar yayda istifadə edə biləcəyiniz ən sağlam variantlar arasındadır. Xüsusilə, kətan köynəklər hər şeylə rahatlıqla birləşdirilə bilir. Onu ətək və ya şalvarın üstündən geyinə bilərsiniz

Tote çantalar

Yayda tote çantalardan, yəni qolunuza taxıb çıxara biləcəyiniz yüngül parça çantalardan istifadə edin. Qış üçün qalın, dəri, qısa tutacaqlı, ağır çantalara qənaət edin. Yayda yüngül olmaq istəyirsinizsə, çantanızı yüngülləşdirin və parça çantalar seçin.

Düz sandallar

Yayı sandalsız keçirmək, demək olar ki, mümkün deyil. Yayda ayaqların rahat olduğu düz sandallar istənilən geyim tərzinə uyğun gəlir. Sandalları ayaqqabı qarderobunuza mütləq əlavə edin.

Parıldayan paltarlar

Həm çimərlikdə, həm də şəhərdə parıltılı paltarları rahatlıqla istifadə edə bilərsiniz. Yayda endirimlərdən yararlanıb parıltılı paltarlar ala bilərsiniz.

Denim gödəkçələr

Maksi paltarların, mini şortların və ya karandaş ətəklərin üzərinə geyilə bilən denim jiletlər həm dəbdədir, həm də rahatdır.

Uçan geyimlər

Dar köynəklər və ya koftalar keçmişdə qaldı deyə bilərik. Bədən tipiniz nə olursa olsun, boş, axıcı hippi üslublu üstlər və köynəklər yayda geyinə biləcəyiniz ən rahat parçalar arasındadır.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş